Accessibility links

Fauçi: ABŞ-da COVID-19 peyvəndləri vurmaq istəyənlərə aprel ayının ortalarına qədər biri vurulacaq


ABŞ-ın yoluxucu xəstəliklər üzrə yüksək səviyyəli mütəxəssisi, doktor Entoni Fauçi cümə axşamı deyib ki, aprel ayına qədər ABŞ-da COVID-19 peyvəndi almaq istəyən hər kəsə bir peyvənd vurulacaq.

Prezident Co Baydenin səhiyyə üzrə baş məsləhətçisi olan Fauçi NBC televiziya kanalının “Bu gün” verilişinə verdiyi müsahibəsində proqnozların ABŞ-da ön cəbhə işçiləri və yaşlılar olmaqla, prioritet qruplara daxil olan insanlara peyvənd vurulmasının aprel ayınadək başa çatacağını göstərdiyini deyib.

Fauçi “bundan sonra qapılar açılacaq və hər kəs, hər kateqoriyadan olan insanlara peyvənd vurulmağa başlaya bilər” deyib. O, istəyənlərin hamısına peyvənd vurulması üçün çox güman ki, bir neçə ay tələb olunacağını bildirib.

Fauçi iyul və ya avqust aylarında “ölkədəki insanların böyük əksəriyyətnin peyvəndlə təmin ediləcəyinə ümid edirdi. Onun dediyinə görə, yeni peyvəndlər və onların istifadəyə verilməsi bu prosesi sürətləndirəcək.

Associated Press və İctimaiyyətlə Əlaqələr Mərkəzinin birlikdə keçirdiyi və çərşənbə axşamı yayımlanan rəy sorğularının nəticələri göstərib ki, ABŞ vətəndaşlarının 67 faizi peyvənd vurdurmağı planlaşdırır və təxminən üçdə biri isə böyük ehtimalla vurdurmayacaq.

XS
SM
MD
LG