Accessibility links

Fauçi: ABŞ sentyabr ayına qədər pandemiyadan əvvəlki `normal` vəziyyətinə çata bilər


ABŞ-ın yoluxucu xəstəliklər üzrə yüksək səviyyəli mütəxəssisi doktor Enthoni Fauçi çərşənbə günü deyib ki, mövcud peyvənd səviyyələri avqustun sonu və ya sentyabrın əvvəlinə qədər ABŞ-ın pandemiya öncəsi “normal həyata” çata biləcəyini göstərir.

Fauçi bunu Ağ Evin COVID-19-la Mübarizə Qrupu ilə Kollektiv Toxunulmazlıq mövzusundakı virtual brifinq zamanı deyib.

Fauçi ABŞ əhalisi arasında kollektiv toxunulmazlıq və virusa qarşı immunitet təxminən 70%-lə 85% arasında ola biləcəyini bildirib.

Entoni Fauçi deyib ki, peyvənd qəbul edilməsinin hazırkı göstəriciləri ilə Şimali Amerikada bu səviyyəyə yayın sonunda çatmaq olar. Onun sözlərinə görə, ölkə boyu gündə 2 milyondan 3 milyona qədər insana peyvənd vurulsa, cəmiyyət getdikcə daha çox qoruna biləcək.

Fauçi eləcə də peyvəndlərin sürətinin artması və ən həssas insanların virusdan qorunması ilə hökumətin bəzi məhdudiyyətləri qaldırıla biləcəyini deyib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) direktoru doktor Roşel Valenski hazırda əhalinin yalnız 10%-nə veyvənd vurulduğunu bildirib və mərkəzin peyvənd edilən insanların sayı çoxaldıqca federal qaydaların da yumşaldılacağını gözlədiyini deyib.

Brifinq zamanı Ağ Evin koronavirus üzrə məsləhətçisi Andi Slavit ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri Nazirliyinin Johnson & Johnson əczaçılıq şirkətindən COVID-19-a qarşı əlavə 100 milyon dozada peyvəndi satın aldığını bildirib.

XS
SM
MD
LG