Accessibility links

Fauçi: Koronavirus pandemiyası hələ sona çatmayıb


Doktor Entoni Fauçi COVID-19-u "dəhşətli kabus" adlandıraraq, virusun təəccüblü bir sürətlə dünyaya yayıldığını deyib.

New-York Times-n bildirdiyinə görə, bio-texnologiya rəhbərlərinin qarşısında etdiyi çıxışı zamanı Fauçi Avropanın bir çox ölkəsinin və ABŞ-ın məhdudiyyətləri azaltmağa başlamasına baxmayaraq, pandemiyanın hələ bitmədiyini deyib.

Fauçi Çində dekabr ayında başlayan COVID-19-un bu qədər sürətlə yayılmasına təəccüb etdiyini bildirib.

O, ən sürətli şəkildə yayılan xəstəliklərin altı aydan bir il arasında pandemiyaya çevrilə biləcəyini, lakin bunun bir ay çəkdiyini deyib.

Çərşənbə axşamı başqa bir epidemioloq, Ümumdünya Səhiyyə Təşkilatından Mariya Van Kerxove də xəstəliyin asimptomatik yoluxması ilə bağlı bundan əvvəl dediklərini aydınlaşdırmağa, bəzi insanlarda artıq virusun olduğunu, lakin hər hansı bir simptom göstərmədiyini başa salmağa çalışıb.

O deyib ki, asimptomatik xəstələrin virusu ötürdüyü nadir hallardandır. Kerxovun dedikləri digər alimlərin araşdırmaları ilə ziddiyyət təşkil edir. Belə ki, ailmlər asimtomatik xəstələrin COVİD-19-u yaya biləcəyinə dair çoxsaylı dəlil olduğunu deyir.

Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə direktoru, doktor Maykl Rayan isə bildirib ki. simptomatik və asimptomatik xəstələr virusu yoluxdura bilər. Lakin bu qrup insanların hansının xəstəliyi daha çox yaydığı bəlli deyil.

XS
SM
MD
LG