Accessibility links

Fauçi Rusiya peyvəndinin effektivliliyi ilə bağlı şübhələrini bildirib


ABŞ-ın Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Fauçi COVID-19-a qarşı Rusiyada istehsal edilən peyvəndlə bağlı ciddi şübhələrini ifadə edib.

Fauçi öz fikirlərini "National Geographic" jurnalı tərəfindən təşkil edilmiş müzakirələr zamanı ifadə edib.

Fauçi Rusiya peyvəndinin effektivliliyi ilə bağlı şübhələrini bildirib
please wait

No media source currently available

0:00 0:00:59 0:00

"Vaksinə sahib olmaq və onun təhlükəsiz və təsirli olduğunu sübut etmək iki fərqli şeydir. Bizim (ABŞ) 5 və ya daha çox vaksinimiz var, buna görə çox sayda insana zərər vermək istəsək, onlara təsiri olmayan bir şey verməklə biz bunu gələn həftə başlaya bilərik. Amma bu, belə olmur. Buna görə ümid edirəm, amma belə hiss etməyim üçün heç bir dəlil eşitməmişəm, ümid edirəm ki, ruslar peyvəndin etibarlı və effektiv olduğunu qəti şəkildə sübut ediblər. Mən onların bunu etdiklərinə ciddi şübhə edirəm. Düşünürəm ki, çinlilərdən və ya ruslardan gələn `bizim vaksinimiz var, biz vaksin veririk` bəyanatları eşitdikdə insanlar düşünürlər ki, amerikalılar niyə bunu etmirlər. Çünki bizim bu ölkədə işləri görməyizimin bir yolu var. Biz görülən işin təhlükəsizliyinə və effektivliyinə əmin olmalıyıq."

Rusiya prezidenti Vladimir Putin avqustun 11-də kabinet nazirləri ilə dövlət televiziyasında canlı yayımlanan görüşü zamanı Rusiyanın dünyada ilk formal olaraq təsdiqlənmiş COVID-19 peyvəndini hazırladığını açıqlayıb. O, peyvəndin effektivliyi və təhlükəsizliyinin sübut olunduğunu bildirib.

Rusiyanın Səhiyyə nazirliyinin peyvəndi məhdud sayda insan arasında yalnız iki ay davam edən təcrübələrdən sonra təsdiq etməsi qlobal miqyasda şübhələrə səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatı Rusiya ilə COVİD-19-a qarşı təsdiq edilmiş peyvəndlə bağlı danışıqlar apardığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG