Accessibility links

Fauçi: Trampın açıqlamaları 'anlaşılmazlıqlara' səbəb ola bilər


Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun müdiri həkim Entoni Fauçi Ağ Evdə gündəlik koronavirus brifinqində danışır.
Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun müdiri həkim Entoni Fauçi Ağ Evdə gündəlik koronavirus brifinqində danışır.

Prezident Donald Trampın yoluxucu xəstəliklər üzrə baş eksperti Trampın koronavirusla bağlı brifinqində dediyi bəzi faktların “müəyyən anlaşılmazlığa səbəb ola biləcəyini" bildirib.

Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun müdiri həkim Entoni Fauçi Ağ Evdə gündəlik koronavirus brifinqlərindən sonra tanış bir simaya çevrilib.

Science jurnalına verdiyi müsahibədə Fauçi Trampın onu dinlədiyini qeyd edib. O, prezidentlə mahiyyətcə razılaşmadığını deməsə də, fikirləri fərqli şəkildə ifadə etdiyini bildirib.

“Onun öz yolu var. Öz üslubu var. Lakin əsaslı məsələlərdə o mənim dediklərimi dinləyir" - deyə, Fauçi bildirib.

Ancaq o, Trampın təhriflərə yol verdiyi vaxt çox şey çox edə bilməyəcəyini deyib.

"Mən mikrofonun qarşısına özümü atıb onu itələyə bilmirəm. Bəli, o bunu deyibsə, gəlin, növbəti dəfə bunu düzəldək" - deyə, Fauçi fikrini bölüşüb.

Keçən həftə mətbuat konfransında Tramp Ərzaq və Dərman İdarəsinin koronavirus xəstələrini müalicə etmək üçün malyariya əleyhinə dərman istifadəsini təsdiqlədiyini yalnlşlıqla iddia edib.

Bazar ertəsi Arizona ştatının qərbindəki Banner Sağlamlıq Sistemi Trampın tövsiyə etdiyi dərman preparatının tərkibində olan və akvariumları təmizləmək üçün istifadə edilən maddəni qəbul etdikdən sonra bir nəfərin öldüyünü və həyat yoldaşının ağır vəziyyətdə olduğunu açıqlayıb.

Fauçi jurnala bildirib ki, heç vaxt koronavirusu "Çin virusu" adlandırmayacaq, baxmayarq ki, Tramp brifinqlər zamanı ardıcıl olaraq bunu edir.

Doktor qeyd edib ki, Ağ Evdə gündəlik mətbuat konfransları zamanı podiumda çox sayda insanın və otaqda çoxlu reportyorun olması onu bir qədər narahat edir.

“Virtual mətbuat konfransı keçirmək üçün bir yol varmı?” Bunu deməyə davam edirəm. Hələlik yox. Ancaq Ağ Evlə işləyirsənsə, bəzən bir şeyi bir, iki, üç, dörd dəfə deməlisən ki nəsə olsun. Beləliklə, mən səy göstərməyə davam edirəm” - deyə, Fauçi açıqlayıb.

XS
SM
MD
LG