Accessibility links

Faxtə Zamani: Həsən Dəmirçi psixoloji təzyiqə məruz qalır (Audio-müsahibə)


Keçən həftə tanınmış azərbaycanlı musiqiçi və musiqi müəllimi Həsən Dəmirçinin təhlükəsizlik qüvvələri tərəfindən Təbrizdəki evində nəzarət alına alınıb aparıldığı haqda məlumatlar verilib. İyul ayında ona qarşı İran İslam Respublikası əleyhinə təbliğat aparmaq ittihamı irəli sürülmüşdü. Yaşı 70-dən yuxarı olan Həsən Dəmirçinin hökmlə əlaqədar həbs müddətini çəkmək üçün aparıldığı bildirilir. Onun hazırda Təbriz həbsxanasına aparıldığı və orada narkotik maddələrə alışqanlığı olan məhbuslarla bir yerə saxlandığı haqda məlumat verilib.

Norveçdə mənzillənən İran İnsan Haqları qrupunun icraçı direktoru Faxtə Zamani Həsən Dəmirçinin durumu ilə bağlı son məlumatları Amerikanın Səsi ilə bölüşüb.


Faxtə Zamani ilə müsahibə
please wait

No media source currently available

0:00 0:05:17 0:00
Direct link


Faxtə Zamani Həsən Hərgeli və Həsən Azərbaycan adları ilə tanınan musiqiçinin Təbriz həbsxanasında saxlandığını deyib. O, 70-dən çox yaşı olan Həsən Dəmirçinin narkotik maddələrə alışqanlığı olan məhbuslarla bir yerdə saxlandığı haqda məlumatları təsdiq edib. Hüquq müdafiəçisinin sözlərinə görə, yaşlı insanın belə bir şəraitdə saxlanması onun psixoloji təzyiqə məruz qaldığını göstərir. Faxtə Zamani Həsən Dəmirçinin psixoloji durumu və onun səhhəti ilə bağlı narahatlıqların mövcud olduğunu deyib.

Musiqiçinin ailə üzvləri mediaya müsahibə vermək istəməyib. Faxtə Zamani adətən məhbusların ailə üzvlərinin təzyiqlər qarşısında media və hüquq müdafiəçiləri ilə təmasdan yayındığını qeyd edib. O, İran İnsan Haqları qrupunun Həsən Dəmirçinin işi ilə bağlı məlumatların beynəlxalq icitmaiyyətin diqqətinə çatdırılması istiqamətində fəaliyyət göstərdiyini bildirib.

Təkcə İran Azərbaycanı deyil, Türkiyə və Avropa azərbaycanlıları arasında tanınmış musiqiçi olan Həsən Dəmirçi (Məhəmməd Həsən Hərgeli) milli-mədəni fəaliyyətləri ilə əlaqədar dəfələrlə həbslər, təqib və təzyiqlərlə qarşılaşıb.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG