Accessibility links

Faydalı həşaratların sayı azalır


Faydalı həşaratların sayı azalır
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Alimlər arılar, parabüzənlər, işıldaböcəklər və kəpənəklər kimi faydalı uçan həşaratların sayının azaldığını müşahidə edir. Onlar buna nəyin gətirib çıxardığını müəyyən edə bilməsə də, mümkün səbəblər arasında təbii şəraitin yoxa çıxması, antifidantlardan istifadə, yerli bitkilərin məhvi, tək məhsula əsaslanan kənd təsərrüfatı, invazif növlər, işıq çirklənməsi, avtomagistral tıxacları və iqlim dəyişikliyi var. Bu səbəblərin hər biri insanların ətraf mühitə təsiri ilə əlaqəlidir.

Bizim ekosistemlər müxtəlif həşəratların müxtəlif hərəkətlərindən çox asılıdır. Biz növlərin sayını azaldaraq ekosistemin funksiyasını məhv edirik
Doq Tallami

Kəpənəklər üzərlərinə qonduqları çiçəklər qədər gözəldir, amma son illərdə onların sayı azalıb. Bu isə alimləri narahat edir, çünki kəpənəklər, arılar və digər faydalı həşaratlar bitkiləri tozlandırır və bizim yedimiz qidaların təxminən 80 faizi üçün çox faydalıdır.

“Bizim ekosistemlər müxtəlif həşəratların müxtəlif hərəkətlərindən çox asılıdır. Biz növlərin sayını azaldaraq ekosistemin funksiyasını məhv edirik. Bəs bu nə üçün önəmlidir? Çünki insanlar ekosistemlərdən asılıdır. Amma həyatı dəstəkləyən sistemlər sağlam ekosistemlər tərəfidən yaradılır. Bu ekosistemlərin heç biri isə həşaratlarsız fəaliyyət göstərə bilməz” – deyə, Delaver Universitetinin entomoloqu Doq Tallami söyləyir.

Həşaratlar yemək və sığınacaq üçün alaqlar və yerli bitkilərdən asılıdır, amma Birləşmiş Ştatlarda səligəyə salınıb, biçilmiş çəmənliklər və tək məhsullu kənd təsərrüfatı yayılmağa başladığı üçün, həm onların yeməkləri həm də sığınacaqları azalıb.

Lakin entomoloq Doq Tallami deyir ki, artıq daha çox amerikalı onun kimi bağçalarının yabanılaşmasına icazə verir.

“Bir çox ev sahibi buna maraq göstərir. Onlar ‘biz necə landşaftın ekoloji bütövlüyünü artıra bilərik? Landşaftımız yerli ekosistemləri məhv etmək yerinə, onlara neçə fayda verə bilər?’ deyə sual edir. Bu da marağın artdığını göstərir”, o deyir.

Bir çox ABŞ ştatı isə yol kənarlarında həşəratlar üçün əlverişli təbii şərait yaratmağa yardım edir.

Kəpənək
Kəpənək

Üç illik araşdırmanın nəticəsində, Merilenddə adətən otlu zolaqlardan ibarət olan yol kənarları arılar üçün əlverişli yerli çöl çiçəklərinin artması və antifidantlardan istifadənin azalması ilə artıq canlanmağa başlayır.

“Biz həmçinin daha çox arının geri qayıtdığını görürük. Artıq yol kənarlarında 70-dən müxtəlif növlər var”, Merilend Universitetinin entomologiya fakültəsinin tələbəsi Liza Kuder bildirir.

Sağlam və müxtəlif ekosistemi dəstəkləmək səyləri arılar, kəpənəklər və insanlara böyük yardım edəcək.

XS
SM
MD
LG