Accessibility links

Fazil Mustafa: Bələdiyyə seçkilərinə marağı artırmaq üçün qurumun statusu artırılmalıdır


Fazil Mustafa
Fazil Mustafa

"Azərbaycanda bələdiyyə seçkilərinə marağı artıra bilmək üçün ilk növbədə bu qurumun statusu artırılmalıdır".

Bunu deputat Fazil Mustafa deyib.

Azərbaycanda bələdiyyə seçkilərinə əhalinin münasibətinə gəlincə, deputat hesab edir ki, ölkədə ona marağı azaldan kifayət qədər problemlər var.

"Azərbaycanda bələdiyyələrin səlahiyyətsizliyi, yerli idarəetmə qurumu kimi yerli problemin həllində özünü təsdiq edə bilməməsi və maliyyə vəsaitlərinə malik olmaması əsas problemlərdir" - deyə, deputat bildirib.

Fazil Mustafa hesab edir ki, ilk növbədə bu qurumun statusu artırılmalıdır:

"Fikrimcə, statusu, səlahiyyətləri artırılmaqla bələdiyyələr dinamik inkişafda olan qurum kimi özlərini təsdiq edə bilsə, bələdiyyə seçkilərinə maraq artacaq".

Xatırlatma

Bu il Azərbaycanda 5-ci dəfə bələdiyyə seçkiləri keçirilməkdədir.

Bir çox ekspertlərin gəldiyi ortaq fikrə görə, istər qonşu Gürcüstan, istərsə də Türkiyə ilə müqayisədə Azərbaycanda bələdiyyə seçkilərinə maraq az olub.

AzadlıqRadiosu

XS
SM
MD
LG