Accessibility links

Türkiyənin məşhur pianoçusu Fazil Say məsuliyyətə cəlb edilib


Türkiyənin məşhur pianoçusu Fazil Say dini nifrət yaymaq və islama təhqir ittihamı ilə məsuliyyətə cəlb edilib. Bu gün məhkəmə qarşısına çıxarılan Say bəraət qazandırılmasını tələb edib. Lakin hakim məhkəməni fevralın 18-dək təxirə salıb.

Aprel ayında Twitter-də müsəlmanları məsğərəyə qoyan Sayı 18 ay müddətinə azadlıqdan məhrumiyyət gözləyir.

Avropa İttifaqında mədəniyyət səfiri, Berlin Simfonik Orkestri kimi dünyanın tanınmış orkestrləri ilə çıxışları olan Fazil Sayın mühakiməsi Türkiyədə ifadə azadlığının vəziyyətinə görə narahatlıqlara səbəb olub.

Məhkəmə binası qarşında yüzə yaxın nümayişçi etiraz aksiyası keçirib.
XS
SM
MD
LG