ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trampın müsəlmanların ölkəyə daxil olmasına tam şəkildə qadağa tətbiq edilməsi ilə bağlı bəyanatı göstərir ki, artıq ABŞ da problemnə insan haqları prizmasından yanaşmır. Bu barədə Amerikanın Səsinə müsahibəsində Azərbaycan Milli Məclisinin deputatı Fazil Qəzənfəroğlu Donald Trampın bəyanatını sərh edərkən bildirib.
“O keyfiyyətli-keyfiyyətsiz insan axtarışı ilə məşğuldur. Bu da iqrçiliyin başqa formada təzahürüdür. Əgər Türkiyə bu boyda qaçqını qəbul edirsə, niyə Amerika, Avropa bunu etməməlidir?”o qeyd edib.
Deputat bildirib ki, ABŞ köçmən ölkəsidir, buraya insanlar ayrı-ayrı ölkələrdən gəlirlər.
“İndiki anda belə bir qadağanın qoyulması yanlışdır və bu ictimai qınağa layiq bir məsələdir”, Qəzənfəroğlu deyib.
O Donald Trampın müsəlmanların insan həyatına hörmət göstərməməsi barədə dediklərini “ciddi” hesab etmir.
Bu böyük bir təhlükədir, sabah güvənsizlik yaradır, müsəlmanlarda Amerikanın ədalətliliyi barədə təsəsvvürlər tam dağılır.
“Çünki insana dəyər verən tək din, islam dinidir. İnsana dəyər verməyən rejimlərin də hamısını ABŞ yaradır, islam adı ilə. İran İslam Respublikası olsun, başqa islam adı ilə olan respublikalar olsun. Burda qətllər, edamlar haradan qaynaqlanır? ABŞ-ın qurduğu sistemdən qaynaqlanır. Əgər o istəsə idi daha sivil ölkələrə dəstək verərdi. Məsələn, Misiri, Liviyanı götürün. Liviyada Qəddafini devirən kim idi? Bu gün onun yerinə terrorçuları hakimiyyətə gətirən kimdir. Əfqanıstanda kim bu terrorçuları hakimiyyətə gətirib? Ona görə də bu məsələdə Amerika öz prinsiplərindən geri durmamalıdır. İnsanlara müəyyən dərəcədə dininə, irqinə qiymət verərək yanaşılmamalıdır. Bu böyük bir təhlükədir, sabah güvənsizlik yaradır, müsəlmanlarda Amerikanın ədalətliliyi barədə təsəsvvürlər tam dağılır”.
O hesab edir ki, Donald Trampın bəyanatı Azərbaycanda da etirazlar doğura bilər.
“Bu bəyanatın bir ucu da Azərbaycana çatır. Bu sabah bütün müsəlman ölkələrində Amerikaya qarşı eyni münasibətin formalaşmasına gətirib çıxara bilər. Halbuki bu arzuolunan deyil”, Milli Məclisin deputatı bildirib.