Cümə axşamı FBI rəsmisi Federal Təhqiqatlar Bürosunda [FBI] prezident Donald Trampa qarşı ayrı-seçkilik ittihamlarını araşdıran Nümayəndələr Palatasının iki komitəsi önündə ifadə verəcək.
Əks-kəşfiyyat agenti Piter Strzok ötən ilədək xüsusi prokuror Robert Müllerin Trampın 2016-cı il prezident kampaniyasının Rusiya ilə əlaqələrinə dair istintaqı üzərində işləyirdi. Lakin onun sabiq FBI vəkili Liza Peyc ilə Donald Trampa nifrətlərini əks etdirən mesajlaşması ortaya çıxandan sonra Strzok istintaqdan kənarlaşdırılb.
Prezident Tramp Strzok ilə Peycin mesajlarından istifadə edərək, Müller istintaqına xələl gətirməyə çalışıb və onu “ifritə ovu” adlandırıb.
Peyc may ayında FBI-dan istefa verib. O, çərşənbə Ədliyyə və Nəzarət komitələrində görüşə gəlmədiyi üçün Konqres tərəfindən təhqir ittihamları ilə üzləşir.
Tramp cümə günü Brüsseldə Peyclə bağlı yeni tvit atıb və yazıb: “Görürəm ki, FBI vurğunu/agent Liza Peyc ifadə verməkdən imtina edir. O, öz ifadələri və yalanları barədə nə deyə bilər ki? Digər tərəfdə o qədər korrupsiya var ki. Baş prokuror haradadır?”