Accessibility links

ABŞ-da hökumətin bağlanmasına etiraz edilir


.
.

ABŞ-da dövlət işçiləri yanvarın 10-da etiraz aksiyasına çıxaraq hökumətin bağlanmasına son qoyulmasını tələb edib.

Yeni büdcə təsdiqlənmədiyinə görə, təxminən 3 həftədir ki, ABŞ-da dövlət müəssisələri bağlıdır.

Vaşinqtonda keçirilən aksiyaya pilotlar, təyyarə bələdçiləri və hava limanlarının işçiləri qoşulub.
ABŞ prezidenti Donald Trump yanvarın 9-da hökumətin açılması ilə bağlı demokratların liderləri ilə görüşü tərk edib.

Federal Təhqiqatlar Bürosunun hökümətin bağlanmasına görə işləyb məvacib almayan agentləri də siyasətçiləri xəbərdarlıq edib ki, onların maliyyə təhlükəsizliyi milli təhlükəsizlikdir.

Minlərlə Federal Təhqiqatlar Bürosunun agenti hökümətin bağlanmasının 20-ci günü maaşlarını almayıb. Agentləri təmsil edən həmkarlar ittifaqı Konqres və Ağ Evi hüquq-mühafizə orqanlarının maliyyələşdirilməsini dərhal yeniləməyə çağırır və zəif fondların artıq hüquq-mühafizə orqanlarının əməliyyatlarına mane olduğunu bildirib.

"Bu vəziyyət sabit deyil .... Büro tərəfindən həyata keçirilən mühüm işlər dərhal maliyyələşdirilməlidir", büronun 13,000 xüsusi agentinin əksəriyyətini təmsil edən həmarlar ittifaqının Ağ Ev və Konqresə ünvanladığı müraciətdə bildirilir.

Dekabrın 22-də Konqres və prezident Donald Tramp arasında sərhəd divarı üçün ayrılan pullarla bağlı mübahisələr səbəbilə başlamış Federal Təhqiqatlar Bürosunun 5000 işçisi daxil edilməklə,dövlət qurumlarının 800 mindən çox işçi ya ödənişsiz işləməyə, ya da işə gəlməməyə məcbur edilib.

ABŞ Senatı dünən gecə yekdilliklə hökumət açıldıqda federal işçilərin maaşlarının ödənəcəyinə dair zəmanət sənədini təsdiq edib.

XS
SM
MD
LG