Accessibility links

Gizli məlumatları xəbər agentliklərinə ötürən qadın həbs olunub


Milli Təhlükəsizlik Agentliyi (NSA)
Milli Təhlükəsizlik Agentliyi (NSA)

Verilən məlumata görə, həbs olunan Lex Vinner gizli məlumatlaı çap edib, media orqanlarına ötürdüyünü etiraf edib.

ABŞ-ın Ədliyyə Nazirliyi gizli məlumatları media orqanlarına ötürməkdə şübhələnilən federal podratçını həbs edib.

Həbsin elan edilməsi “The İntercep” onlayn dərgisinin hesabat məruzəsini ictimaiyyətə təqdim etməsi ilə eyni günə təsadüf edir. Hesabata əsasən, məxfi sənədlərin əldə olunması onu göstərir ki, Rusiya kəşfiyyat orqanları keçən il prezident seçkisindən öncə ABŞ-ın seçki qeydiyyat sisteminə müdaxilə etməyə cəhd göstərib.

Federal Təhqiqatlar Bürosunun (Federl Bureau of Investigation-FBI) xüsusi agentinin verdiyi məlumata görə, həbs olunan qadın, Lex Vinner gizli məlumatlaı çap edib media orqanlarına ötürdüyünü etiraf edib.

ABŞ-ın kəşfiyyat idarəsi məlumatı təsdiqləyərək, Vinner də daxil olmaqla 6 nəfərin gizli məlumatları çap edərək, adı açıqlanmayan xəbər agentlikliyinə ötürdüyünü bildirib.

ABŞ-ın kəşfiyyat orqanları Rusiyanın keçən il keçirilən seçkilərdə Demokrat Partiyasının emaillərinə müdaxilə edərək, əldə olunan məlumatları “Wikileaks”-ə ötürməsi haqda nəticə çıxarıb.

Konqresin komitələri və Ədliyyə nazirliyinin təyin etdiyi xüsusi hüquqşünas Trampın seçki kampaniyası ilə Rusiya arasında əlaqələri araşdırır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG