Accessibility links

Federal Təhqiqatlar Bürosu Nyu Yorkda Çinin "polis idarəsi"ni araşdırır


FTB direktoru Kristofer Rey noyabrın 17-də Çinin Nyu-Yorkda icazəsiz “polis məntəqəsi”nin mövcudluğu ilə bağlı araşdırma apardığınə bildirib və Pekinin ABŞ-da yürütdüyü hüquq-mühafizə fəaliyyətini dayandıracağına söz verərib. Bu polis məntəqəsi Çinin bu cür məntəqələrdən ibarət qlobal şəbəkəsinin bir hissəsidir.

Senatın Daxili Təhlükəsizlik Komitəsinin dinləmələrində çıxış edən Rey FTB-nin "bu bölmələrin mövcudluğundan xəbərdar olduğunu" açıqlayıb.

"Xüsusi istintaq işimizi müzakirə edərkən diqqətli olmalıyam, ancaq Çin polisinin, məsələn, lazımi koordinasiya olmadan Nyu-Yorkda yer açmağa cəhd edəcəyini düşünmək belə dəhşətlidir" – deyə, FTB direktoru qeyd edib.

O deyib ki, Çinin əməliyyatı "suverenliyi pozur və standart məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşlıq proseslərindən yayınır".

Sentyabr ayında İspaniyada yerləşən insan haqlarının müdafiəsi təşkilatı Safeguard Defenders, Çinin biri Nyu Yorkda və üçü Torontoda daxil olmaqla, dünya üzrə ən azı 54 xarici "polis xidməti məntəqəsi" qurduğunu bildirib. Qrup, siyahının rəsmi açıqlamalara əsaslandığını, lakin faktiki rəqəmin daha çox ola biləcəyini bildirib.

Hesabatda deyilir ki, xaricdə Çinlə əlaqəli qeyri-qanuni fəaliyyətlərə qarşı mübarizə aparmaq tapşırığı verilən polis bölmələri “[Çinin] artan transmilli repressiyasının təkrarlanmasını təmsil edir ki, burada o, siyasi ifadəni öz hüdudlarından kənarda da məhdudlaşdırmağa və ona nəzarət etməyə çalışır”.

Çinin Vaşinqtondakı səfirliyi şərh sorğusuna cavab verməyib.

Çin rəsmiləri dəfələrlə bildiriblər ki, polis xidmət məntəqələri xaricdəki Çin vətəndaşlarına sürücülük vəsiqələrinin yenilənməsi kimi adətən səfirlik və ya konsulluq tərəfindən həll edilən gündəlik işlərdə kömək edir.

"Çinin ictimai təhlükəsizlik orqanları beynəlxalq hüquqa ciddi şəkildə riayət edir və digər ölkələrin məhkəmə suverenliyinə tam hörmət edir" – deyə, ötən ay Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib.

Florida ştatından respublikaçı senator Rik Skottun Çin polisinin ABŞ ərazisində fəaliyyət göstərməyə “hüququnun” olub-olmaması ilə bağlı sualına Rey FTB-nin "bunun hüquqi parametrlərini" araşdırdığını və Ədliyyə Departamenti və Dövlət Departamenti ilə bu icazəsiz əməliyyatlar barədə müzairələr apardığını qeyd edib.

"Mən sizə FTB direktoru nöqteyi-nəzərindən deyə bilərəm, mən bundan çox narahatam və bununla bağlı heç br tədribin görülməməsinə imkan verməyəcəm" – deyə, Rey bildirib.

XS
SM
MD
LG