Accessibility links

Federal Təhqiqat Bürosu: ABŞ "Crocus City" hücumuna bənzər bir terror hücumu riski qarşısındadır


Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rey
Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rey

Federal Təhqiqat Bürosu ABŞ-ın da keçən ay Moskva yaxınlığındakı "Crocus City" konsert zalında onlarla insanın ölümünə səbəb olan terror hücumu kimi koordinasiyalı terror hücumu ilə təhdid edilə biləcəyindən narahatdır.

Bu barədə cümə axşamı Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə çıxış edən Federal Təhqiqat Bürosunun direktoru Kristofer Reyin çıxışının mətnində deyilib.

“Hüquq-mühafizə orqanlarındakı bütün karyeram boyu ictimai təhlükəsizliyə və milli təhlükəsizliyə bu qədər təhdidlərin eyni vaxtda yaranacağını təsəvvür etməkdə çətinlik çəkirəm. "Ancaq hazırda bu, tam olaraq belədir" - deyə, Rey bildirib.

Xatırladaq ki, martın 22-də Moskva yaxınlığındakı konsert zalına hücum nəticəsində azı 144 nəfər ölüb. Söhbət Rusiyada son 20 ildə baş verən ən qanlı terror aktından gedir.

Hadisəyə görə məsuliyyəti "İslam Dövləti" militant terror qruplaşmasının qollarından biri öz üzərinə götürüb.

ABŞ rəsmiləri uzun müddətdir İsrail və HƏMAS arasında müharibənin genişlənməsi fonunda fərd və ya kiçik qrup tərəfindən həyata keçirilə biləcək hücum riskindən narahatdırlar. Reyin hazırladığı açıqlamada qeyd olunduğu kimi "Federal Təhqiqat Bürosu, xüsusən də bir neçə həftə əvvəl şahidi olduğumuz İslam Dövləti-Xorasan-ın Rusiyanın konsert zalındakı hücumundan sonra buna bənzər koordinasiyalı hücumun ölkəmizdə baş verməsi ehtimalından getdikcə daha çox narahatdır."

Reyin məqsədi qanunvericiləri müddəti bu ay başa çatacaq şübhəlilərin müşahidəsi proqramını uzatmalarına inandırmaqdır.

Çərşənbə günü Nümayəndələr Palatasında proqramda bəzi dəyişikliklərin edilməsinin qarşısı alınıb. Hər iki partiyadan bəzi qanunvericilər təklif olunan tədbirlərin hökumətin bu sahədə səlahiyyətlərini kifayət qədər məhdudlaşdırmadığını iddia edir.

"Bu, (proqramın uzadılması) ölkəmizin təhlükəsizliyini təmin etmək üçün çox vacibdir və biz kritik vəziyyətdəyik" Federal Təhqiqat Bürosu direktorunun çıxışının mətnində vurğulanıb.

Forum

XS
SM
MD
LG