Accessibility links

FBI xarici kiberkriminalların router cihazlarını sıradan çıxardığı barədə xəbərdarlıq yayıb


ABŞ-ın Federal Kəşfiyyat Bürosu (FBİ) xarici kiberkriminalların yüz minlərlə ev və kiçik bizneslərin router cihazlarını sıradan çıxardığı barədə xəbərdarlıq yayıb.

FBİ dünyada VPNFilter-dən istifadə edilərək insanların şəxsi məlumatlarının ələ keçirildiyini bəyan edib.

Bəyanatda detallara varılmayıb, kriminalların yeri və motivlərə barədə məlumat verilməyib.

"VPNFilterin ölçüsü və infrastrukturu olduqca böyükdür" , FBI bildirib.

Qurum VPNFilterin-in müəyyən edilməsinin çətin olduğunu da qeyd edib.

İnsanlara giriş kodlarının dəyişdirilməsi, uzadan idarə edilən menecment sisteminin bağlanması və kompüterlərin firmveyrləyinin yenilənməsini tövsiyə edilir.

XS
SM
MD
LG