Accessibility links

Məhkəmə gənc fəalları həbsdə saxlayıb


Ülvi Həsənli və Kənan Qasımlı
Ülvi Həsənli və Kənan Qasımlı

Fəallar həbslərinin qanunsuz olduğunu bildirir

İyulun 19-da Bakı Apellyasiya Məhkəməsində “Azad gənclik” təşkilatının sədri Ülvi Həsənlinin, bu təşkilatın fəalı Məcid Mərcanlının və NİDA Vətəndaş Hərəkatının fəalı Kənan Qasımlının şikayətlərinə baxılıb.

Gənclər polisə müqavimət göstərmək ittihamı ilə 15 gün müddətinə həbs edilmələrinin qanunsuz olduğunu iddia edir və həbsdən azad olunmalarını xahiş edirlər .

Vəkil Rüstəm Zülfüqarov Turan agentliyinə bildirib ki, məhkəmə iyulun 14-də saxlanılmış fəalların şikayətlərini təmin etməyib.

Onun sözlərinə görə, gənclər irəli sürülmüş ittihamları təkzib ediblər.

“Fəalların polisə müqavimət göstərdiklərinin dəlilləri məhkəməyə təqdim edilməyib”.

Bundan başqa, polislərin tərtib etdikləri protokolda iddia olunur ki, gənclər “dövlət əleyhinə” vərəqlər yayırdılar. Lakin məhkəmədə bunun da heç bir dəlili təqdim edilməyib.
XS
SM
MD
LG