Accessibility links

ABŞ-ın Mərkəzi Bankı uçot dərəcəsini artırdı


ABŞ-ın Mərkəzi Bankı çərşənbə gün uçot dərəcəsini qaldırıb. Lakin bu, iqtisadiyyatın inkişafının stimullaşdırılması üçün hələ də aşağı səviyyədir.

FED (Federal Ehtiyatlar Sistemi) uçot dərəcəsini 0,25 faiz qaldıraraq, 1,25 faizlə 1,5 faiz səviyyəsinə çatdırıb. Bu artım uçot dərəcələrini tarixdə hələ də ən aşağı səviyyədə saxlayır.

FED iqtisadi tənəzzül dövründə iqtisadiyyatın inkişafına təkan vermək və işsizlik səviyyəsini azaltmaq məqsədilə uçot dərəcələrini sıfra yaxın həddə çatdırmışdı. Bunun əsas məqsədi zavod və fabriklərin inşası və təchizatın alınması üçün borcların daha aşağı faizlə götürülməsi və insanların işlə təmin edilməsinə imkan yaratmaqdan ibarət idi.

İqtisadi tənəzzül dövrü sona çatdı və 2009-cu ildən ABŞ iqtisadiyyatı yenidən genişlənməyə başladı. İşsizlik səviyyəsi 10 faizdən hazırda 4.1 faizə düşdü. FED iqtisadiyyatın artıq bundan sonra böyük yardıma ehtiyacı olmadığı haqda qərar verəcək, uçot dərəcələrini artırmağa başladı. Uçot dərəcələrinin uzun müddət aşağı səviyyədə saxlanması iqtisadi stimullaşdırma prosesinin əksinə gətirib çıxara bilər və qiymətlərin kəskin artması ilə nəticələnə bilər.

ABŞ-da inflasiya ilə bağlı son məlumatlara əsasən, son 12 ay ərzində qiymətlərdə 2.2 faiz artım müşahidə edilib. Ərzaq və enerji sektoru kimi qeyri-stabil sahələri istisna etməklə, ümümi iqtisadi artım 1.7 faiz təşkil edib.

Bəzi təhlilçilər FED-in gələn il uçot dərəcələrini bir neçə dəfə artıracağını gözlədiklərini bildirir. FED-in uçot dərəcəsini nəticədə 2.8 faizə çatdıracağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG