Accessibility links

Federal hakim Trampın sığınacaq məhdudiyyətini blokladı


ABŞ-ın federal hakimi çərşənbə günü Tramp administrasiyasının 10 gün öncə miqrantların Birləşmiş Ştatlara gələrkən başqa bir ölkədən keçib, orada sığınacaq tələb etməyiblərsə, onların ABŞ-da sığınacaq ala bilməyəcəklərinə dair tətbiq etdiyi qaydasının qarşısını alan ilkin qərar verib.

Administrasiyanın öz inzibati göstəricilərilərində Meksikada sığınacaq rejiminin sığınacaq iddialarını nəzərdən keçirmək üçün tam və ədalətli prosedura malik olması barədə dəlil yoxdur..
Con Tiqar, federal hakim

Şimali Kaliforniya dairəsinin federal hakimi Con Tiqar öz qərarında bildirib ki, Konqres başqa ölkədə alternativ təhlükəsiz çıxış yolu olan miqrantların sığınacaq almalarının qarşısını almağa imkan yaradır, lakin onların həmin ölkədə dərhal zərər görməyəcəyi və təqib olunmayacağına dair zəmanətin olmasını tələb edir.

Bundan öncə isə Vaşinqtonda federal hakim Timoti Kelli qaydanı blok etməkdən imtina edərək deyib ki, bu qaydaya etiraz edən miqrantların haqlarının müdafiə qrupları qaydanın miqrnatlara dərhal ziyan vuracağını sübut edə bilməyib.

Prezident Tramp ABŞ-ın cənub sərhədlərindən mühacir axınını dayandırmağı administrasiyasının prioriteti elan edib.
Prezident Tramp ABŞ-ın cənub sərhədlərindən mühacir axınını dayandırmağı administrasiyasının prioriteti elan edib.

Tramp administrasiyasının bu qərarla bağlı apellyasiya məhkəməsinə müraciət edəcəyi gözlənilir.

Prezident Trampın başlıca prioritetlərindın biri Mərkəzi Amerikadan Birləşmiş Ştatlara miqrant axınının qarşısını almaqdır.

Bu istiqamətdə o, sərhədə nəzarət sistemini gücləndirmiş və Meksika hökumətinə mühacirətin qarşısını almaq üçün təzyiq qoymuşdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG