Accessibility links

Federal Təhqiqat Bürosu: Texasda silahlı şəxs təkbaşına hərəkət edib


Federal Təhqiqatlar Bürosu bildirib ki, şənbə Texasın Odessa şəhərində yeddi nəfəri öldürüb, 22 insanı yaralayan silahlı şəxs təkbaşına hərəkət edib və onun heç bir yerli və ya beynəlxlaq terror qrupu ilə əlaqəsi olmadığı güman edilir.

Silhalı şəxs poçt maşınını oğurlayıb və avtobanda yüksək sürətlə hərəkət edərkən başqa maşınlara güllə açıb.

Ölənlər arasında bir yeniyetmə, yaralananların arasında isə üç polis zabiti var. 17 aylıq bir körpə qız da yaralananlar arasındadır.

“Hələ ki, atışmaya səbəblə bağlı dəqiq məlumatımız yoxdur”, Odessa Polis İdarəsinin rəisi Maykl Gerke bazar bildirib. Lakin biz əminik ki, silahlı şəxs təkbaşına hərəkət edirdi”, o əlavə edib.

Gerle bazar günü mətbuat konfrasın zamanı silahlı şəxsin adını açıqlamayaraq, onu məşhur etmək istəmədəyini bildirib.

Lakin polis rəsmiləri onun 36 yaşlı Saen Ator olduğunu bildirib.

Şənbə günü baş verən atışma Texas ştatının polisi silahlı şəxsi avtobanda sola dönərkən dönmə sinqalı yandırmadığına görə saxlaması ilə başlayıb. O, tüfəngi ilə maşının arxa pəncərəsinə atəş açaraq, bir polis zabitini yaralayıb.

Daha sonra silahlı şəxs qaçıb və poçt maşınını oğurlayaraq, qarşısına çıxan hər kəsə atəş açmağa başlayıb. Polis onu daha sonra kinoteatrın avto dayanacağında güllələyərək öldürüb. Polis deyir ki, o, öldürülməsə kinoteatra daxil olub, daha çox insanı öldürə bilərdi.

Bu atışma eyni gündə Texasın El Paso şəhərində Walmart mağazasında, Ohayı ştatının isə Dyeton şəhərində 31 nəfərin ölümü ilə nəticələnən kütləvi atışmalardan bir neçə həftə sonraya təsadüf edir.

Prezident Tramp polis zabitlərini cəld reaksiyalarına görə tərifləyib və bunu “çox çətin və kədərli vəziyyət” adlandırıb.

XS
SM
MD
LG