Accessibility links

Federal Təhqiqat Bürosu Tramp əleyhinə mesaj göndərən agenti işdən kənarlaşdırıb


FBI agenti Piter Strok
FBI agenti Piter Strok

Federal Təhqiqat Bürosu-FBI (The Federal Bureau of Investigation) prezident Donald Trampı tənqid edən mesajlarına görə respublikaçıların qəzəbinin hədəfinə çevrilmiş agent Piter Stroku işdən kənarlaşdırıb. Bu haqda Strokun vəkili məlumat verib.

Strok FBI-da vəkil olmuş sevgilisi Lisa Peycə Tramp əleyhinə mesajları açıqlanana qədər büronun Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatının ilkin mərhələsində əsas fiqurlardan biri olub.

Prezident Tramp Twitter səhifəsində yazdığı mesajda Strokun işdən çıxarılmasını alqışlayıb.

“Agent Piter Strok nəhayət FBI-da işdən çıxarılıb”, o yazıb.

ABŞ-ın xüsusi prokuroru Robert Müllerin Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı təhqiqatı artıq 15 aydır davam edir. Müller Trampın keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn və keçmiş xarici siyasət məsələləri üzrə müşavir Corc Papadolus da daxil olmaqla prezidentin bir neçə tərəfdaşının özünü günahkar tanımasına nail olub. Onların hər ikisi Rusiya ilə kontaktlarına dair yanlış məlumat verməkdə özlərini günahkar tanıyıb.

Trampın kampaniyasının keçmiş meneceri Pol Manafortun kampaniyada fəaliyyətindən iki il əvvəl Ukraynada lobbiçilik səyləri ilə əlaqədar bank və vergi saxtakarlığına dair hazırda məhkəməsi gedir.

Strokun vəkili onun müdafiə etdiyi şəxsin işdən kənarlaşdırılması qərarını tənqid edib.

FBI-ın intizam təbdirlərinə cavabdeh olan şöbəsi Strokun Tramp əleyhinə mesajlarına görə daha aşağı vəzifəyə keçirilməsi və 60 gün müddətinə işdən uzaqlaşdırılmasını tövsiyə edib. Lakin büronun direktor müavini Devid Boudiç onun keçən həftənin cümə günü işdən kənarlaşdırılması haqda qərar verib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG