Accessibility links

Federal Təhqiqatlar Bürosu: Naşvildə partlayış törədən şəxs konspirasiya nəzəriyyələrinə inanıb


Federal Təhqiqatlar Bürosu bazar ertəsi günü hadisə ilə bağlı istintaqı bağlayaraq, Naşvildə Milad Günü özünü turist avtomobilinin içərisində partladan şəxsin paranoyadan əziyyət çəkdiyi və konspirasiya nəzəriyyələrinə inandığını, lakin onun sosial və ya siyasi ideoloji motivlərinə dair heç bir göstərici olmadığını bildirib .

Federal Təhqiqatlar Bürosunun açıqlaması aşkar motivin və ya hansısa məlum bir profilə uyğun olmadığı üçün əvvəlcə müstəntiqləri və ictimaiyyəti çaşdıran partlayışın bəzi sirlərini üzə çıxarmaq məqsədi daşıyır. Partlayış nəticəsində onlarla binaya zərər vurulsa da, o, şəhər küçələrində izdihamdan əvvəl tətil günü səhər saatlarında baş vermişdi və ərazidəki hər kəsə bombanın tezliklə partlayacağı barədə xəbərdarlıq edilmişdi.

Fövqəladə Təhqiqatlar Bürosu Tennessi ştatının Antiak bölgəsindən olan şəxsin təkbaşına hərəkət etdiyini və bombanı işə salaraq özünə qəsd etdiyini bildirib. Büronun verdiyi açıqlamaya görə, Entoni Kvinn Vorner partlayış üçün yeri və vaxtı partlayış təsirli olsa da, yaralanma ehtimalını minimuma endirmək üçün seçib.

Hesabatda Vornerin bir neçə konspirasiya nəzəriyyəsinə və paranoyaya inamı, həmçinin "sabitlik dayaqlarının itirilməsi və şəxsiyyətlərarası münasibətlərin pisləşməsi"nin təsirinə məruz qaldığı aşkar edilib. Daha əvvəl Associated Press agentliyi bildirib ki, müstəntiqlər sorğu-sual etdikləri bəzi şəxslərin Vornerin forması dəyişən sürünənlərin cəmiyyət üzərində nəzarəti əldə etmək üçün insan cildinə girdiyinə inandığını və yad planetlilərin ovuna çıxamq üçün səyahət etməyi müzakirə etməsini deməsindən sonra onun konspirasiya nəzəriyyələrinə olan marağını araşdırırdı.

Partlayışın bir AT&T binasına yaxın olduğu və nəticədə bölgədəki mobil telefon xidmətinin pozulmasını nəzərə alınsa, Vornerin 5G texnologiyası ilə bağlı konspirasiya nəzəriyyələrindən qaynaqlandığına dair fərziyyələrə baxmayaraq, Fövqəladə Təhqiqatlar Bürosunun sözçüsü Coel Siskoviç onun hadisə üçün yer seçiminin AT&T ilə bağlı olduğuna dair işarə olmadığını bildirib. Büronu açıqlamasında istintaqın Vornerin hərəkətlərinin terrorla əlaqəli olmadığı qənaətinə gəldiyi də bildirilib.

XS
SM
MD
LG