Accessibility links

Federal Təhqiqatlar Bürosunun direktoru Rusiyanın dezinformasiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib


Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Kristofer Rey cümə axşamı qanunvericilərə Rusiyanın seçkilərə mümkün müdaxiləsi ilə bağlı xəbərdarlıq edib. O, Rusiyanın Demokrat namizəd Co Baydenin kampaniyasına zərər verməyə çalışaraq, noyabr ayında keçiriləcək prezident seçkilərinin nəticələrini təhrik etmək səylərini davam etdirdiyini bildirib.

Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsində ifadə verən Rey bildirib ki, Kremlin bu əməliyyatı sosial mediada və hökümətin nəzarətində olan media qurumları vasitəsi ilə olduqca aktiv görünür.

O həmçinin əlavə edib ki, bu təsir əməliyyatlarının məqsədi “əsasən keçmiş vitse-prezident Co Baydeni və rusların bir növ anti-Rusiya olaraq gördükləri isteblişmenti ləkələməkdir".

Sosial mediada yüksək səviyyəli kəşfiyyat və hüquq-mühafizə rəsmilərinə nəsihət verməklə tanınan Tramp Twitterd FBI-ın direktoruna cavab olaraq yazıb:

"Amma Kris sən Çindən heç bir aktivlik görmürsən, hansı ki, Rusiyadan daha böyük təhdiddir". O həmçinin poçtla səsverməni nəzərdə tutaraq əlavə edib ki, "Hər iki dövlət və üstəlik başqaları da tamamilə təhlükəyə açıq olan istənməyən (saxta) bülleten fırıdağına görə 2020-ci il seçkilərinə müdaxilə edə biləcək".

Prezidentin poçtla göndərilən bülletenlərlə bağlı dəfələrlə dilə gətirdiyi ittihamlara baxmayaraq FBI direktoru qanunvericilərə bu cür narahatlıqların əsassız olduğunu söyləyib.

"Bu günə qədər ümummilli seçkidə ölkə səviyyəsində koordinasiya edilmiş seçici saxtakarlığı cəhdinə rast gəlməmişik"- deyə, Rey bildirib.

Bunun əvəzinə o, qorxularının ABŞ seçicilərini hədəf alan Rusiyadan və digərlərindən gələn dezinformasiya kampaniyaları üzərində qurulduğunu söyləyib.

"Məni ən çox davamlı dezinformasiya və kiçik kiber müdaxilələrin gücləndirilməsi narahat edir," deyən Rey əlavə edib ki, "Mən vaxt keçdikcə bunların amerikalı seçicilərin inamsızlığına səbəb olacağından qorxuram".

XS
SM
MD
LG