Accessibility links

Məcburi vaksinasiya ABŞ-da etirazlarla qarşılanır


Məcburi vaksinasiya ABŞ-da etirazlarla qarşılanır
please wait

No media source currently available

0:00 0:02:46 0:00

ABŞ-da COVID-19 infeksiyasının nisbəti aşağı düşdükcə bəzi iş yerləri işçilərini peyvənd vurmağa məcbur edir ki, bu da ABŞ-da etirazlarla qarşılanır.

Ölkə əhalisinin 76%-ipeyvəndin azı bir dozasını vurdurub. İş yerlərində COVID-19-a qarşı peyvənd vurmayanların işlərini itirmək riskinin son tarixləri sürətlə yaxınlaşır. Bu, işçilərin etirazlarına səbəb olub.

Los-Anceles in polis rəisi 18000 işçisinə peyvənd mandatını tətbiq etməyəcəyini deyir. Aleks Villanueva "Peyvənd olunmaq əvəzinə işdən çıxarılmağa üstünlük verən işçi qrupları var. Bir gündə işçi qüvvəmin 5-10%-ni peyvənd mandatı səbəbindən itirmək istəmirəm."

Bu gərginliklər ABŞ-da gündəlik təxminən 95000 olmaqla, COVID-19-a yoluxma nisbətinin azalması ilə əlaqıdardır. Qlobal epidemiyanı izləyən Cons Hopkins Universitetinin məlumatına görə, bu, sentyabr ayında gündə rekord 172000-lə müqayisədə xeyli azalma deməkdir.

Ölkənin yoluxucu xəstəliklər üzrə yüksək səviyyəli mütəxəssisi, doktor Entoni Fauçi CNN kanalına verdiyi müsahibəsdə pandemiyanın gedişatı ilə bağlı nikbin olduğunu, lakin maska taxmaq kimi məhdudiyyətlərin qaldırılmasının çox tez olduğunu deyib. "10000-dən aşağı və hətta ondan da aşağı olmasını istərdim. Ancaq 95000 olanda, bu hələ də virusun yüksək dərəcədə dövriyyədə olması deməkdir."

Səhiyyə rəsmilərinin bu ayın sonunda Pfizerin 5-11 yaş arasındakı uşaqlar üçün təcili təsdiqini müzakirə etmək üçün bir araya gəlməsi gözlənilir. Pfizer uşaqlara böyüklərə edilən dozanın üçdə birini təklif edir.

Ərzaq və Dərman İdarəsinin keçmiş rəhbəri, Pfizer-in Direktorlar Şurasının üzvü Skot Qotlib CBS kanalının "Ölkə ilə üz-üzə" verilişində məktəb uşaqları üçün peyvənd mandatının çox güman ki, illər sonra olacağını deyib. "12-17 yaşlar bir neçə il, bəlkə də bir az daha çox ola bilər. 5-dən 11 yaşlara qədər daha uzun olacağını düşünürəm. Bu uşaqlarla daha çox təcrübə qazanacaqsınız."

Bu arada isə Bayden administrasiyası ölkə daxilində test dəsti çatışmazlığı xəbərləri fonunda evdə etmək üçün milyonlarla sürətli COVID-19 testinə 1 milyard dollar ayıracağını vəd edib. Ağ Ev dekabr ayına qədər ayda 200 milyon test dəsti tədarük edəcəyini bildirib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG