Accessibility links

Federika Mogerini: Apardığımız müzakirələrin əsas mövzusu insan hüquqları ilə bağlıdır


Federika Mogerini
Federika Mogerini

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidentinin müsahibəsi

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini Bakıya səfəri ərəfəsində Turan agentliyinə eksklüziv müsahibə verib.

Müsahibəni təqdim edirik:

Sual: Hörmətli xanım Mogerini, Azərbaycan hökuməti Şərq Tərəfdaşlığı proqramından narazılığını və Aİ ilə strateji istiqamətlər üzrə birbaşa əlaqələr qurmaq istəyini bildirir.

Sizcə, bu, mümkündür? Mümkündürsə, bu əməkdaşlığı necə təsəvvür edirsiniz? Bu, o deməkdir ki, Azərbaycanda Şərq Tərəfdaşlığı proqramı uğursuzluğa düçar olub?

İnanıram ki, tezliklə Azərbaycanla Aİ-na Üzv Dövlətlərlə rəsmi danışıqların başlanması məsələini müzakirə edə biləcəyik.

Cavab: Şərq Tərəfdaşlığı Aİ-nın altı ölkə, o cümlədən Azərbaycanla münasibətləri üçün bir çərçivədir. Bu, birbaşa ikitərəfli əməkdaşlığı, eləcə də Aİ və Şərqdə altı tərəfdaş ölkənin hər biri ilə çoxtərəfli əməkdaşlığı dəstəkləyən mexanizmdir. Azərbaycan Şərq Tərəfdaşlığının həm ikitərəfli, həm də çoxtərəfli aspektində iştirak edir. İkitərəfli əsasda biz artıq müəyyən vaxtdır ki, öz münasibətlərimizi təkmilləşdirməyə çalışırıq, yeni saziş vasitəsilə münasibətlərimizi tam gücü ilə inkişaf etdiririk. Bu istiqamətdə məsləhətləşmələr aparılır və inanıram ki, tezliklə Aİ-yə Üzv Dövlətlərlə rəsmi danışıqların başlanması məsələsini müzakirə edə biləcəyik. İkitərəfli yeni saziş münasibətlərimizi daha çox inkişaf etdirə bilər ki, bu da müsbət bir addım olacaqdır.

Sual: Azərbaycan hökuməti dəfələrlə iqtisadi sahədə əməkdaşlıq etməyə hazır olduğunu bildirib, amma siyasi məsələlərdə yox. Bu zaman Bakı nümayəndələri təkrar edirlər ki, Avropa dərin böhran içərisindədir, orada islamofobiya, korrupsiya hökm sürür, insan hüquqları yoxdur və s. Bu qiymətləndirmələrlə razısınız? Niyə Azərbaycan siyasi əməkdaşlıqdan yayınır?

Azərbaycanın keçən ilin may ayında Aİ-na təklif etdiyi saziş siyasi məsələlərlə bağlı əməkdaşlığımız baxımından dönüş nöqtəsi olacaqdır.

Cavab: Mənə elə gəlir ki, Azərbaycanın keçən ilin may ayında Aİ-na təklif etdiyi saziş siyasi məsələlərlə bağlı əməkdaşlığımız baxımından dönüş nöqtəsi olacaqdır. Bu təklifə siyasi, eləcə də iqtisadi sahə ilə bağlı müddəalar daxildir. Bu, əlbəttə əməkdaşlığımızın bir aspektidir ki, sonradan onu sazişdə təkmilləşdirəcəyimizə ümid edirik.

Avropadakı vəziyyətə gəldikdə isə hazırda bir sıra çətinliklərlə üzləşdiyimiz doğrudur. Müharibələr, işsizlik və iqlim dəyişikliyi həyat şərtlərini o qədər çətinləşdirir ki, bir çoxları öz həyatlarını belə riskə ataraq Avropada daha yaxşı həyat tapmaq qərarına gəlir. Insanların bu hərəkatının miqyası ilk əvvəl bu məsələyə cəlb olunmuş hər kəs üçün bir faciədir. Bu, Aİ və ondan kənarda da çətinliklər yaradır. Hərtərəfli və dayanıqlı həll yolları üzərində işləyirik: məsələ möcüzə ilə həll olunmayacaqdır, xüsusilə də region və qlobal səviyyədə bir çox digər ölkə və iştirakçılarla tərəfdaşlıqda daxili və xarici siyasətimizin işə düşdüyü mürəkkəb iş aparılmaqdadır.

Avropa öz müxtəlifliyi və insan hüquqlarına bəslədiyi hörmətlə qürur duya bilər, bunlar digər dəyərlərimiz sırasındadır. Avropada islamofobiyanın yayıldığını demək düzgün olmazdı. Bir çox müsəlman Avropaya öz evi kimi baxır, İslam isə Avropa mədəniyyətinin mühüm hissəsidir. Avropanın bəzi hissələrində islamofobiyanın, antisemitizmin və milliyətçilik tendensiyalarının yayılması həll olunması vacib olan ciddi problemdir, ancaq, məsələn, əqidə azadlığı daxil olmaqla multikulturalizmi və fundamental dəyərlərimizi müdafiə edən Avropalıların böyük əksəriyyətini yaddan çıxarmamalıyıq.

Sual: Sirr deyil ki, Azərbaycanda insan hüquqları, demokratik prinsip və azadlıqlar ciddi şəkildə pozulur. Aİ rəhbərliyi dəfələrlə Bakını siyasi məhbuslara görə tənqid edib, onları azad etməyə çağırıb. Amma vəziyyət yaxşılaşmayıb, əksinə, daha da pisləşib. Bakıya səfəriniz zamanı bu məsələləri müzakirə etməyi planlaşdırırsınız? Aİ-nin bu problemlərlə bağlı mövqeyi necədir? Azərbaycanda olduğunuz zaman siyasi məhbuslardan kiminlə isə və ya onların ailə üzvləri ilə görüşməyi planlaşdırırsınız?

Insan hüquqları Bakıya baş tutan səfərimin də gündəliyində duran məsələdir ki, burada mən hakimiyyət orqanlarının, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəm.

Cavab: Dediyim kimi insan hüquqlarına hörmət bəsləmək Aİ-nın fundamental dəyəridir ki, bu məsələ tək Aİ-nın daxili qanunvericiliyində deyil, eləcə də xarici siyasətimizdə əks olunmuşdur. İnsan hüquqlarının müdafiəsi, təşviqi və onlara hörmət bəslənməsi tərəfdaş ölkələrin hər biri ilə apardığımız işin mərkəzində durur və Azərbaycan da istisna hal deyildir. Olduğum ölkədən asılı olmayaraq ölkə qurumları, parlament üzvləri və vətəndaş cəmiyyəti təşkilatları nümayəndələri ilə hər zaman insan hüquqları ilə bağlı məsələləri və ya narahatlıq doğuran fərdi işləri müzakirə edirəm. Azərbaycana gəldikdə isə Brüsseldə və ya Bakıdakı səfirimiz və ya Aİ-nın Xüsusi Nümayəndəsi vasitəsilə apardığımız müzakirələrin əsas mövzusu insan hüquqları ilə bağlıdır. Insan hüquqları Bakıya baş tutan səfərimin də gündəliyində duran məsələdir ki, burada mən hakimiyyət orqanlarının, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəm.

Sual: Uzun illərdir energetika və Azərbaycandan Avropaya neft və qaz nəqli sahəsində əməkdaşlıq əsas müzakirə mövzusu olaraq qalır. Bakı bildirir ki, Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan enerji resurslarının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu nə dərəcədə böyükdür? Prioritetləriniz arasında hansı layihələr var və Aİ onları necə dəstəkləyəcək və müdafiə edəcək?

Öz zəngin təbii ehtiyatları ilə Azərbaycan Avropa İttifaqının mühüm və etibarlı enerji təminatçısıdır və ümidvarıq ki, Cənub qaz dəhlizinin tamamlanması ilə onun əhəmiyyəti daha da artacaqdır.

Cavab: Dünyanın bir sıra ölkələri tərəfindən enerji ilə təchiz olunan Avropa İttifaqı öz enerji mənbələrinin diversifikasiyası üzərində çalışır. Biz dünyanın ən böyük enerji idxalçısıyıq, buna görə də Aİ-na aparan infrastruktur sərhədlərimiz daxilində olan infrastruktur qədər mühümdür. Öz zəngin təbii ehtiyatları ilə Azərbaycan Avropa İttifaqının mühüm və etibarlı enerji təminatçısıdır və ümidvarıq ki, Cənub qaz dəhlizinin tamamlanması ilə onun əhəmiyyəti daha da artacaqdır. Bu layihə Avropa İttifaqı üçün əsas prioritetdir – biz bu prioritetə tam şəkildə ciddi yanaşırıq – və layihənin vaxtında tamamlanmasına mane ola biləcək istənilən maneənin aradan qaldırılması istiqamətində fəal işləyirik. Bakıda səfərdə olduğum müddətdə həmkarım Maroš Šefčovičlə (Avropa Komissiyasının Enerji İttifaqının Vitse-Prezidenti) birgə Cənub qaz dəhlizinin ikinci Məşvərət Şurasında iştirak edəcəyəm.

Sual: Qarabağ münaqişəsi, Suriyada müharibə və ən yaxın qonşularımızın – Türkiyə, İran və Rusiyanın bu müharibəyə qoşulmasını nəzərə alaraq, Azərbaycanın təhlükəsizliyi məsələsi böyük əhəmiyyət daşıyır. Aİ-nin Azərbaycanın potensial təhlükələrdən müdafiəsinə töhfəsi necə ola bilər? Hansı siyasi, iqtisadi və digər alətləri təklif edə bilərdiniz?

Aİ və Azərbaycanın müzakirə etdiyi və gələcəkdə müzakirə edəcəyi təhlükəsizliklə bağlı bir çox məsələlər, o cümlədən terrorizmə qarşı mübarizə, sərhəd təhlükəsizliyinin təkmilləşdirilməsi, anti-radikallaşma siyasətlərinin hazırlanması və korrupsiyaya qarşı mübarizə sahələrində birlikdə gördüdü işlər vardır.

Cavab: İlk əvvəl, hər gün işləyərək Suriyada sülhü bərpa etməyə və regionumuzdakı münaqişələri həll etməyə çalışırıq. Keçən ilin noyabr ayında Aİ Avropa Qonşuluq Siyasətinin (AQS) icmalını tamamlamışdır. Icmaldan əvvəl Aİ-na Üzv Dövlətlərlə, altı tərəfdaş ölkə, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və elmi dairələrlə məsləhətləşmələr aparılmış, nəticədə çox zəruri olan təhlükəsizlik elementi sənədə daxil edilmişdir. Təhlükəsizlik məsələsinin AQS-ya daxil edilməsi üzləşdiyimiz vəziyyətdən, məhz ayrı-ayrı ölkələrin deyil, beynəlxalq ictimaiyyətin birlikdə aradan qaldıracağı qlobal təhlükələrlə üzlədiyimizdən irəli gəlir. Aİ və Azərbaycanın müzakirə etdiyi və gələcəkdə müzakirə edəcəyi təhlükəsizliklə bağlı bir çox məsələlər, o cümlədən terrorizmə qarşı mübarizə, sərhəd təhlükəsizliyinin təkmilləşdirilməsi, anti-radikallaşma siyasətlərinin hazırlanması və korrupsiyaya qarşı mübarizə sahələrində birlikdə gördüdü işlər vardır. Yenidən işlənmiş AQS-da Aİ-nın tərəfdaş ölkələrinin, o cümlədən Azərbaycanın dayanıqlığının artırılması yolları araşdırılır. Faktiki olaraq dörd geniş sahədə əməkdaşlığın yüksəlməsi ilə Aİ-nın şərq tərəfdaşlığındakı altı tərəfdaşının artan dayanıqlığı Şərq Tərəfdaşlığının keçən ilin may ayında keçirdiyi ən son Sammitində ortaya çıxan əsas irəliləyişlərdən biri olmuşdur. Beləliklə, Aİ-nın öz qonşuları ilə münasibətlərində təhlükəsizliyin mühüm element olduğunu qəbul edirik.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə Aİ o cümlədən Xüsusi Nümayəndəmiz Herbert Salberin vasitəsilə davamlı siyasi həll yolunun tapılması istiqamətində Minsk Qrupunun həmsədrlərinin göstərdiyi cəhdləri dəstəkləyir. Mühitin yaxşılaşmasına töhfə vermək və danışıqların artırılmasını intensivləşdirmək üçün bizə lazım olan məsələ yerdə polemika və gərginliyin azalmasıdır. Əhalini sülhə hazırlamaq lazımdır. Hər zaman olduğu kimi sülhün qurulması tədbirləri və insanlar arasında əlaqələrin yaranmasını əlavə olaraq dəstəkləməklə ATƏT-in Minsk Qrupunun cəhdlərini tamamlamağa hazırıq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG