Accessibility links

Güneyli fəal üç ittihamdan birindən bəraət qazanıb


Ötən il İranda noyabr etirazları zamanı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən milli fəal Şahin Bərzigər ictimai qaydanı pozmaq ittihamindan bəraət qazanıb.

Amerika Səsinin əldə etdiyi məlumata görə, Bərzigər təhlükəsizlik qüvvələri tərəfindən 3 ittihamla 2 fərqli məhkəmədə mühakimə edilərək, ictimai qaydanı pozmaq ittihamı ilə Təbrizin 2-ci cinayət məhkəməsinin 112-ci şöbəsində və qanunsuz qruplara üzv olmaq və rejimə qarşı təbliğat aparmaq ittihamlarından Təbrizin İnqilab Məhkəməsinin 1-ci şöbəsində mühakimə edilmişdi.

Şahin Bərzigər Təbrizin 2-ci cinayət məhkəməsinin 112-ci şöbəsi tərəfindən bəraət hökmü alsa da, hələ İnqilab Məhkəməsinin hökmü açıqlanmayıb.

Şahin Bərzigər keçən il noyabr ayında İranda benzin qiymətinin artmasına etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək 100 gündən çox təhlükəsizli qurumunun nəzarətində saxlanıldı. O, daha sonra 600 milyon tümənlik ağır zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.

Milli fəal Şahin Bərzigər daha öncə də İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək mühakimə edilmişdi. Tanınmiş sənətkar və milli fəal Həsən Dəmirçinin dəfn mərasimində saxlanılaraq rejimə qarşı təbliğat aparmaq ittihamından 3 ay həbs cəzasına məhkum edilmişdi.

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri iyunun 1-də noyabr etirazları zamanı 230 etirazçının aksiyalarda həyatını itirdiyini və 2000 nəfərdən çox vətəndaşın yaralandığını təsdiqlədi. Ancaq Amnesty İnternational təşkilatı azı 304 nəfərin öldüyünü, Reuters agentliyi isə 1500 nəfərin iki həftəlik etirazlar zamanı öldürüldüyünü bildirmişdi.

XS
SM
MD
LG