Accessibility links

Fələstinlilərin Nazirlər Kabinetinə Rami Həmdallah rəhbərlik edəcək


Fələstinlilərin prezidenti Mahmud Abbas İordan çayının qərb sahilində Fələstinlilərin Nazirlər Kabinetinə Nablus universitetinin professoru Rami Həmdallahın rəhbərlik etməsini istəyib.

Əl-Nəcah universitetinin prezidenti Salam Fəyyadı əvəz edəcək. Aprel ayında istefa verən baş nazir Fəyyadın Mahmud Abbasla sözü tutmurdu.

Mahmud Abbasın Fətah partiyasının üzvü Həmdallah Fələstinin Səhm Birjasının rəhbəri və Mərkəzi Seçki Komissiyasının sədridir.
XS
SM
MD
LG