Accessibility links

Fələstinli məktəblinin müəllimlik səyləri


Fələstinli məktəblinin müəllimlik səyləri
please wait

No media source currently available

0:00 0:01:39 0:00

Fələstinli məktəblinin müəllimlik səyləri

Koronavirusun yayılma təhlükəsi alış-veriş, təhsil və təmas qaydalarını dəyişib. Pandemiya məktəblərin bağlanması, bir çox şagirdin təhsilinin dayandırılmasına gətirib çıxarıb. Fələstinli bir yeniyetmə qız bütün bunlara görə məktəbdən uzaq boş vaxtını qonşuların maarifləndirilməsinə sərf edir.

Qəzza zolağındakı taxta komadakı müvəqqəti məktəbdə məhəllə uşaqları bir araya gəlib. Belə ki, pandemiya səbəbi ilə məktəblər mart ayından bəri bağlıdır.

“Mən onları bir araya gətirib dərs demək istədim. Məndə bu qabiliyyət var. Birinci sinifdə oxuyan bir qız uşağı uzun müddət dərsdən qalırsa, o, qələmi necə tutumağı və yazmağı unudacaq. Mən isə əmin olmaq istəyirəm ki, onlar təhsillərini davam etdirsin.”

13 yaşlı Fəcr Himeyd ingilis, ərəb dilləri və riyaziyyat dərsləri verir. Dərslərdə 4-dən 15-ə dək şagird iştirak edir.

“Gələcəkdə müəllim olmaq istəyirəm. Bölgəmiz təcrid edildiyinə görə, öz təhsil ocağımı açıb, cəmiyyətimin müvəffəq olmasına yardım etmək istəyirəm."

Fəcr Qəzzada pandemiyaya görə təhsildən məhrum olan uşaqlara yardım edən müəllimlərdən yalnız biridir.

“Burada dərslərimi davam etdirməklə yanaşı, Təhsil Nazirliyinin veb səhifəsindəki videoları da izləyirəm” - deyə, Doha Məhəmməd bildirib.

İndiyədəlk 712 məktəbi olan Qəzza zolaında COVID-19-a 20 nəfər yoluxub.

Həmasın nəzarət etdiyini iddia etdiyi bölgə 2007-ci ildən bəri İsrailin blokadasındadır.

XS
SM
MD
LG