Accessibility links

Fələstinlilər İsrailin Qəzza sərhədində üç nəfəri öldürdüyünü deyir


Fələstin rəsmiləri deyib ki, cümə günü İsrail əsgərləri Qəzzada üç fələstinli etirazçını güllələyərək öldürüb. Fələstinlilər artıq beşinci həftədir sərhəddə nümayiş keçirir.

Etirazçılar Qəzza zolağındakı sərhəd hasarından bir neçə yüz metr uzaqda toplaşıb.Bəziləri daş atıb və yatəkər yandırıb. Şahidlər deyir ki, kiçik bir qrup hasara yaxınlaşıb və sərhədi keçməyə çalışıb, nəticədə İsrail tərəfi gözyaşardıcı qaz sıxıb, rezin güllələr və əsl mərmilər atıb. Etirazlar martda başlayandan bəri hər həftə bənzər zorakılıqlar baş verir.

İsrail etiazçılara atəş açmasını müdafiə edərək, suveren sərhədini qoruduğunu bildirir. İsrail həmçinin Qəzzanı idarə edən Həməsi hücumlar həyata keçirmək üçün etirazçılardan istifadə etməkdə ittiham edir. Hamas isə bu iddiaları rədd edir.

Fələstinli səhiyyə rəsmiləri deyib ki, cümə günü ölən üç nəfərdən əlavə digər 600 insan xəsarət alıb. Buna silah atəşi ilə vurulan 138 nəfər daxildir.

Zorakılıq BMT-nin insan haqları idarəsinin sədri İsrailini nümayişçilərə qarşı “həddindən artıq gücdən” istifadə etdiyinə görə qınadığından bir neçə saat sonra baş verib.

BMT-nin İnsan Haqları üzrə ali komissar Zeid Rəad əl Hüseyin cüməgünü yaydığı bəyanatda son beş həftədə fələstinlilərin öldürülməsini “acınacaqlı” adlandırıb.

Fələstinli səhiyyə rəsmilərinin verdiyi məlumata görə, martın 30-dan bəri baş verən etirazlarda İsrailin açdığı atəş nəticəsində azı 41 etirazçı ölüb, 1600 nəfər isə yaralanıb.

Mayın 15-də başa çatacağı gözlənilən nümayişlərin məqsədi fələstinlilərin Nakba və ya “faciə,” yəni 1948-ci ildə İsrailin yaranması ilə nəticələnən müharibə zamanı yüz minlərlə fələstinlinin torpaqlarından çıxarılmasını yad etməkdir.

Nümayişlərin Vaşinqtonun Qüdsdə səfirlik açmağı planlaşdırdığı vaxta sonlanacağı gözlənilir. Bu addım fələstinliləri qəzəbləndirib, onlar şəhərin şərqi hissəsini gələcək dövlətlərinin paytaxtı olacağını iddia edir.

XS
SM
MD
LG