Accessibility links

Rio 6-cı gün-Maykl Felps 22-ci qızıl medalını əldə edəcəyinə ümid bəsləyir


ABŞ-ın üzgüçülük üzrə fenomeni Maykl Felps 200 metrlik fərdi qarışıq üzgüçülük üzrə 22-ci qızıl medalını əldə etməyə çalışır.

Rio oyunlarında artıq 3 medal qazanan üzgüçü amerikalı komanda yoldaşı Rayan Lokte ilə yanaşı üzəcək. Onlar birinci və ikinci yerləri əldə edib.

Felps qalib gəlsə, bu, onun fərdi qarışıq üzgüçülük üzrə 4-cü medalı olacaq.

​Avstraliyalı bacılar Keyt və Bronte Kamppellər 100 metrlik fristayl medalı uğrunda yarışmalıdır. Dünən Keyt yarım-final oyunlarında yeni rekord əldə edib. Bacısı Bronte isə amerikalı üzgüçü Simon Maneuldən sonra beşinci yeri tutub. Keyd dünya rekordu qazanıb.

ABŞ komandasından yanvar ayında dünya rekordu qazanan Keti Ledenski 800 metrlik fristayl yarışlarında iştirak edəcək. O artıq 200 və 400 metrlik yarışlarda qızıl medal əldə edib.


İlk dəfə qızıl

Rio Olympia Oyunlarında son 100 ildə ilk dəfə olaraq qolf üzrə yarışlar keçirilir. Brazliyadan Adilson da Silva kanadalı Qraham Delaet və Cənubi Koreyadan An Byeong-Hunun yer aldığı qrupda yarışlara qatılır. Digər peşəkar oyunçular komandasına Henrik Stenson, Rikie Fouler, Martin Kaymer and Bubba Watson daxildir.

Gimnastika

Amerikalı qimnast Simon Baylsın qadın yarışçılar arasında qələbə əldə edəcəyi gözlənilir.

O, komanda yoldaşı, çərşənbə axşamı günü qızıl medal qazanan Ali Baylsa yarışacaq. Son üç il ərzində Bayls dünya çempionu adını qazanıb.

Bu gün cüdo, stolüstü tennis, qılıncoynatma və oxatma yarışlarının qalibləri məlum olacaq.

XS
SM
MD
LG