Accessibility links

Fərdin Muradpur: "Dövlətin vəd etdiyi pul yardımı ilə sadəcə bir neçə gün həyat sürdürmək olar"


Fərdin Muradpur: "Dövlətin vəd etdiyi pul yardımı ilə sadəcə bir neçə gün həyat sürdürmək olar"
please wait

No media source currently available

0:00 0:17:45 0:00

Koronavirus böhranı İran Azərbaycanında insanları dünyanın digər ölkələrində yaşayan xalqlar kimi bir çox iqtisadi və sosial çətinliklərlə qarşı qarşıya qoyub. Böhranın həlli üçün dövlətlər fövqəladə vəziyyət və şəhərlərdə karantin rejimi elan etmək kimi tədbirlər görülüb. Bununla yanaşı, bəzi ölkələr həbsxanalarda məhbusların sayını azaltmaq və aşağı gəlirli ailələrə və işləyə bilməyən vətəndaşlara pul yardımı ödəmək kimi tədbirlər almaqdadırlar.

Sabiq siyasi məhbus Fərdin Muradpur Amerikanın Səsi ilə müsahibədə İranda, və xüsusilə İran Azərbaycanında həbsxanalar, siyasi məhbuslar, koronavirus epidemiyasına qarşı mübarizə istiqamətində alınan tədbirlər və aşağı sinif vətəndaşların durumu haqda danışıb.

Təbriz sakini və keçmişdə milli-mədəni fəaliyyətlərindən dolayı həbs edilən Fərdin Muradpur İranda həbsxanaların tutumundan 4 qat daha çox məhbus saxlanıldığını və sağlamlıq və gigiyenanın normaların altında olduğunu deyir.

"Özüm yaşadığım təcrübələrdən və saxlanıldığım həbsxanalardan demək istəsəm, siz bir həbsxananın 800 nəfərlik bölməsini nəzərdə tutun. Bu bölmədə sadəcə 5-6 tualet, hamam və əl yumaq üçün su kranı mövcüddür. xüsusilə hamamlar 24 saat ərzində sadəcə 2-3 saat isti suyu olurdu və bu məsələ soyuq mövsümlərdə çox çətinlik yaradırdı" - deyə, sabiq siyasi məhbus bildirib.

O, həbsxanlarda havalandırma sistemlərinin olmadığını bildirərək, yoluxucu xəstəliklərin sürətlə yayılma təhlükəsinin yüksək olduğunu deyb.

Muradpur İran həbsxanalarında siyasi məhbusların digər suçlardan dolayı həbs edilən məhbuslarla bir mühitdə və eyni bölmələrdə saxlanıldığını açıqlayaraq bunu ölkənin və insan hüquqlarına zidd olduğunu qeyd edib.

İran Azərbaycanının şəhərlərində epidemiyaya qarşı mübarizə səylərindən müşahidələrini Amerikanın Səsi ilə paylaşan güneyli fəal Muradpur müxtəlif şəhərlərdə alınan tədbirlərin ciddilik dərəcəsinin fərqli olduğunu, ümumi məkanların tətil olunmasının ardıcıl olmadığını müşahidə etdiyini bildirərək, tədbirlərin epidemiyanın qarşısını almaq üçün yetərli olmadığı qənaətində olduğunu bəyan edib.

Azərbaycanlı fəal korona virusu epidemiyasından dolayı məktəblərin tətil olması ilə tələbələrin təhsili çətinliklə üzləşdiyinə və onlayn dərslərə qatılma imkanı bütün tələbələrə və bəzi məntəqələrdə mümkün olmadığını qeyd edib. O, ölkədə internetin sürətinin zəif və kəsintili olmasının belə bir onlayn dərslərə qatılmalarının imkansızlığını vurğulayıb.

Həsən Ruhani vətəndaşlara bir milyon tümən 12 faizlə kredit olaraq maddi yardım göstəriləcəyini bildirsə də, daha sonra sərt tənqidlərə yola açan 12 faizli yardımın faizninin qaldırıldığı prrezident Ruhani tərəfindən elan edildi.

Bu məsələ ilə bağlı güneyli milli fəal Muradpur dövlətin vətəndaşlara maddi yardım vədi haqda məbləğın yetərsiz olduğunu bildirərək deyib ki, buna bənzər işlər hakimiyyət tərəfindən sadəcə reklam hədəfi ilə ortaya qoyulur. Hakimiyyət dünyaya göstərmək istəyir ki, öz cəmiyyəti və vətəndaşlarının qayğısını çəkir, bu yoluxucu xəstəliyə qarşı tədbir alır. Ancaq özləri də yaxşı bilirlər ki, bu məbləğ neçə günlük yaşamı sürdürmək üçün yetərlidir" - deyə, o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG