Accessibility links

Fermerlərin prezident Trampa münasibəti [Video]


Ticarət sövdələşmələri və iş yerləri. Bu, 2016-cı il prezident seçkisi zamanı fermer və istehsal sahəsində işləyən insanlar üçün ən vacib iki məsələ idi. Donald Trampın hakimiyyətdəki ilk iki həftəsi, onun seçilməsinə yardım edən insanları cəlb edən kampaniya vədlərini yerinə yetirmək planları ilə bağlı bəzi ipucları verir.

Vendel Şauman kimi amerikalı fermerlər 2016-cı il prezident seçkisi zamanı Trans - Sakit Okean Tərəfdaşlığını (TPP) dəstəkləyirdi.

Bu razılıq nəticəsində biz Yaponiyanın mal və donuz əti bazarına çıxış əldə edəcəkdik. TPP qüvvəyə minəndən bəri biz hər buşel (35,2 litr) buğda üçün 10-35 sent artım müşahidə edirdik.

“Ticarət olanda, dünya qazanır.”

Amma prezident Trampın vəzifəsinin icrasına başlayandan sonra atdığı ilk addımlardan biri ABŞ-ı TPP-dən geri çəkmək oldu və, beləliklə, o, kampaniya vədini həyata keçirdi.

“Ticarət razılığından geri çəkilməyi presedent olaraq görmək istəməzdim.”

Bu, yeni bazarların itirilməsi və buğda və soya kimi ABŞ ferma məhsullarının qiymətlərinin artması ilə nəticələnir.

“Bu razılıq nəticəsində biz Yaponiyanın mal və donuz əti bazarına çıxış əldə edəcəkdik. TPP qüvvəyə minəndən bəri biz hər buşel (35,2 litr) buğda üçün 10-35 sent artım müşahidə edirdik.”

TPP-nin ləğvi birbaşa Vendel Şaumanın cibinə ziyan vursa da, o, bundan məyus deyil. Şauman Trampa səs verib və deyir ki, Trampa dəstəyi əldə etdiyi gəlirdən daha vacib məsələlərə əsaslanır.

“Biz mühafizəkar insanlarıq. Biz hökümətin çox böyük olduğunu düşünürük. Çox sayda nizamlamalar var. Hillari ilə isə daha çox nizamlamalar olacaqdı. Onusz da bizim üçün problem yaradan Ali Məhkəmə daha da liberallaşacaqdı.”

Şaumanın fermasına yaxın bir yerdə bir zamanlar Maytag məişət elektrik cihazları zavodu fəaliyyət göstərirdi. Zavod Meksikaya köçürülmədən əvvəl, Corc Karni iyirmi ildən çox orada işləyirdi. Lkain zavodun köçürülməsi ilə o, işini itirdi. Karni buna görə NAFTA kimi tanınan Şimali Amerika Azad Ticarət Razılığını günahlandırır. O zamandan bəri Karni davamlı iş tapa bilməyib və bu səbəbdən də, TPP-nin qəti əleyhinə idi.

Vendel Şauman
Vendel Şauman

“NAFTA ilə bağlı pis təcrübə yaşadım və bu, məndə ticarət razılıqları ilə bağlı mənfi təəsürat yaratdı.”

Lakin Trampın TPP-nin əleyhinə olması Karninin ona səs verməsi üçün yetərli olmadı.

“O, boşboğaz təlxəkdir. Amma məncə işini düzgün görür. Onun etdikləri mənim xoşuma gəlir.”

Buna görə də, daha öncə heç vaxt respublikaçı prezidentə səs verməyən Karni, növbəti seçkiləri səbirsizliklə gözləyir.

“Gələn dəfə mən Trampa səs verə bilərəm.”

Baxmayaraq ki, Vendel Şauman TPP ilə bağlı Trampdan fərqli mövqeyə sahibdir, o da, yenidən Trampa səs verə biləcəyini deyir. Bu isə, onun NAFTA razılığına dəyişiklikləri necə həyata keçirəcyinə və prezident olaraq özünü necə apardığına bağlıdır.

“Bəzən çox utanc verici olur. Mən deyirəm ki, görəsən o niyə böyümür. Amma o, bizim prezidentimizdir və biz dörd il onun hakimiyyəti altında yaşayıb, onu bizi haralara götürəcəyini görəcəyik.”

XS
SM
MD
LG