Accessibility links

Azad ticarət razılığı: ABŞ fermerlərinin gözləntiləri [Video]


Azad ticarət razılığı: ABŞ fermerlərinin gözləntiləri
please wait

No media source currently available

0:00 0:02:20 0:00

ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi 2017-ci ildə ölkədə qarğıdalı və soya lobyalarını rekord dərəcədə bəhrə verdiyini bildirir. Lakin beynəlxalq ticarət və qiymətdən asılı olan fermerlər üçün rekord göstərici heç də güclü təməl deyil.

İllinoysli fermer Qarri Nimayer üçün ilin yavaş vaxtıdır. O, əsasən vaxtını təchizatının təmirinə sərf edir. Qarğıdalı və soya lobyaları tədarükü baxımından il çox bəhrəli olub.

“Heç vaxt olmadığı qədər qarğıdalı yetişdirmişik.”

Təkcə bu fermada deyil, bütün ölkə boyu.

"Bizim 14.5 beş milyard səbət tağıməz oldu. Bu, hədsiz bir istehsaldır."

“Bir az irəli getsəniz nəhəng bir qarğıdalı yığını görərsiniz. Bu, ötən ilin məhsul bolluğunun nəticəsidir. İndi biz bazarlara yol tapıb, məhsulumuzu satmağa başlamalıyıq.”

Mark Gebhards İllinoysin ferma bürosunun hökumətlə əlaqələr və əmtəə şöbəsinin icraçı direktorudur. Onun dediyinə görə, İllinoysin qarğıdalısının yarısı qədər, bəlkə də daha çox soya lobyasının yetişdiriləcəyi gözlənilir.

“Adətən lobya cərgəsinin hər sırasından biri ixrac bazarları üçün nəzərdə tutulur.”

Lakin Nimayer məhsulun artırılmasına çalışır.

“Yerli bazarlarımızda məhsul bolluğu var. Gələcəyimizi təmin etmək üçün məhsullarımızı ixrac etməliyik.”

Nemayer buna görə prezident Trampın NAFTA kimi tanınan Şimali Amerika Azad Ticarət razılığının yenidən müzakirəyə çıxarmasını gözləyir. O, prezidentin ətraf mühit qaydalarını nizamlanması və vergi islahatlarını dəsəklədiyini deyir. Lakin Trampın fermerlərə müraciəti zamanı NAFTA-nın taleyi ilə bağlı çox az şərh səslənmişdi.

“Ticarət razılığı ilə nə olacağı bəlli deyil.”

Gebhards deyir ki, NAFTA-dan çıxmaq qiymətlərə təsir edə bilər.

“Bir səbət qarğıdalının dəyərində 30 sent, soya lobyalarının isə 15 sent azalma müşahidə edilə bilər.”

Nimayer NAFTA-nın yekun razılığının daha çox Amerikada yığılan qalan məhsulların ixracı ilə bağlı olmasını istəyir.

Prezident Tramp bu yaxınlarda NAFTA razılığının modernləşdirilməsi üçün müddətinin uzadılmasını təklif etmişdi. Bu isə fermerlərə qeyri-müəyyənlik deməkdir. Belə ki, onlar yeni məhsul ilinə başlamazdan öncə nə edəcəklərini bilməlidir.

XS
SM
MD
LG