Accessibility links

Əlirza Fərşi İranın məhkəmə sisteminin rəhbərinə açıq məktub yazıb


İranın Tehran şəhərindəki Fəşafuyə həbsxanasına köçürülən və hazırda bu həbsxanada saxlanılan güneyli siyasi məhbus Əlirza Fərşi İranın məhkəmə sisteminin rəhbəri İbrahim Rəisiyə bir açıq məktub ünvanlayaraq, məhbusların hüquqlarının təmin edilməsini, habelə çirkin və qeyri-qanuni işlər görən Kəşfiyyat Nazirliyinin müstəntiqlərinə təzyiq göstərməyə çağırıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yayımladığı məlumata görə, Fərşi İbrahim Rəisiyə yazdığı açıq məktubun bir hissəsində İranın Kəşfiyyat Nazirliyinin müstəntiqlərinin “qeyri-insani və qanunsuz” davranışlarını qınayaraq, yazıb ki, qanuna uyğun hərəkət etməyi onlara kim öyrədə bilər? Onların hər kəsi vəzifəyə təyin etmə haqqı var, ancaq özlərinin müəyyən səlahiyyət almalarına gərək yoxdurmu? Kim və ya hansı qurum onları Kəşfiyyat Nazirliyində işə alır və niyə kimsə onların qeyri-insani davranışlarına və qanunsuz zülmlərinin qarşısında dayanmır?"

Əlirza Fərşi öz müstəntiqinin nəzarət altında sorğu-suala çəkildiyi zaman onu casusluq, xarici agent, digər ölkələrin təhlükəsizlik təşkilatlarının muzdluları, orgiya, təcavüz və s. insanları psixoloji təzyiqə məruz qoymaq kimi əsassız və həyasız ittihamlar irəli sürmək onun çirkin və qeyri-insani hiylələrindən biri olduğunu qeyd edib.

Güneyli siyasi məhbus həmçinin öz müstəntiqi haqda yazıb ki, o, saxta profil və bəzən cinsinə zidd olan və qızların şəkilləri ilə bəzədilmiş hesablarla kiber məkana daxil olur və insanları qanunsuz danışmağa və hərəkət etməyə inandırdıqdan sonra onları həbs edir və bu hesabdan insanlara böhtan atmaq üçün istifadə edir.”

Fərşinin yazdığı məktubda müstəntiqinin müttəhimlərə azadlıq və cəzalarının yüngülləşdirməsi kimi vədlər verməklə onları satqın bir insana çevirərək, onların vasitəsilə fəallara qarşı təxribat işləri apardığı qeyd edilib.

Fərşi məktubunda nəzarət altında olduğu zaman öz müstəntiqindən eşitdiyi sözü sitat gətirərək yazıb ki, müstəntiqim mənə həm şikayətçim, həm müstəntiqim, həm hakimim həm prokurorum və həbsxana mühafizəçim olduğunu deyib ona tabe olmaqdan başqa çarəmin olmadığını deyib.

Əlirza Fərşi həmçinin məktubunda bildirib ki, Təhlükəsizlik Nazirliyinin müstəntiqləri bütün azərbaycanlı milli fəallara separatçı damğası vurduqlarını, onların sivil və qanuna uyğun fəaliyyət etmələri halda belə pantürkist və separatçı olaraq ittihamlandırılır.

Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb. 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib. Bu cəza daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri, hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. Əlirza Fərşi sentyabrın 8-də bəlli olmayan səbəblərə görə Tehranın Fəşafuyə həbsxanasının 1-ci korpusunun karantin bölümünə köçürülüb.

XS
SM
MD
LG