Accessibility links

Əlirza Fərşi məhkəməyə açıq məktub ünvanlayıb


Böyük Tehran Həbsxanasında saxlanılan türk dil haqları fəalı Əlirza Fərşi məzuniyyət hüququndan məhrum olunması ilə əlaqədar məhkəmə rəsmilərinə açıq məktub yazıb. Siyasi məhbus məktubunda sağlamlıq durumu ilə bağlı məlumat verərək, müalicə üçün məzuniyyətə buraxılmasının lazım olduğunu bildirib.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Fərşi məktubunu fərqli xəstəliklər səbəbi ilə yaşadığı çətinliklər və buna baxmayaraq məzuniyyətə buraxılma hüququndan məhrum edilməsi ilə bağlı Baharistan Məhkəməsinin Hökmlərin İcrasının 2-ci şöbəsinə ünvanlayıb.

Əlirza Fərşi yazdığı məktubda xəstəliklərinin ağırlaşması, göz əməliyyatına ehtiyacının zəruriliyini və 2-ci tip şəkərli diabet xəstəliyinə tutulmasını izah edərək, məzuniyyətə buraxılmasını və həbsxanadan kənarda müalicə olunmasını tələb edib.

Siyasi məhbus, həmçinin məktubunda 20 ay həbs müddəti ərzində sadəcə 3 günlük məzuniyyətə buraxıldığını qeyd edib. O, məktubda Beynəlxalq Ana Dili Günü münasibətilə təşkil edilən mərasimdə iştirak etmək və qanun çərçivəsində türk dili və etniklərin hüquqları üzrə fəaliyyətlərinə görə həbsə məhkum edilməsini tənqid edib.

Fərşi neçə gün əvvəl həbsxanada saxlanılan siyasi məhbuslara qarşı təzyiqlərlə bağlı həbsxana rəhbərliyinə açıq məktub yazmışdı.

Daha öncə yayılan məlumatlara görə, oktyabr ayının 8-də Böyük Tehran həbsxanasının 2-ci bölməsində saxlanılan bir sıra siyasi məhbus zorakı cinayətlərə görə həbsdə olan məhbuslar tərəfindən döyülmüşdülər.

Bu hadisə nəticəsində bir çox siyasi məhbus yaralanıb və bəziləri müalicə üçün həbsxananın sağlamlıq mərkəzinə yerləşdirilmişdi.

Baş verən hadisədən sonra 14 siyasi məhbus cəzalandırılmaq üçün ‘Qapısı bağlı’ adı ilə tanınan və digər bölmələrə görə imkanları az və qeyri-standart bölməyə köçürülüblər.

Tehranın Ümumi və İnqilab Prokurorluğunun Müttəhimlər və Məhkumlara Nəzarət Şöbəsinin rəisi Baharistan Ümümi və İnqilab prokuroruna yazdığı bir məktubda güneyli siyasi məhbus Əlirza Fərşini baş verən hadisələr və "iğtişaş yaradanların lideri" adlandırıb.

Məktubdan sonra milli fəal məzuniyyətə buraxılmaq kimi bir sıra hüquqlardan məhrum edilib.

Əlirza Fərşi daha öncə 8 siyasi məhbusla birlikdə yazdığı başqa bir açıq məktubda Böyük Tehran Həbsxanasının rəsmilərinin basqılarını qınayıb və işgəncələrin dayandırılmasını tələb etməklə yanaşı, beynəlxalq hüquq təşkilatlarını bu həbsxananın vəziyyətinə diqqət yrtirməyə çağırıb.

Fərşi hazırda 2014-cü ildə Tehran şəhərində beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən bir mərasimdə iştirak etdiyinə görə ona qarşı çıxarılan 2 illik həbs cəzasını çəkməkdədir. O, keçən ilin yanvar ayında həbsdə ikən yeni qaldırılan iddia əsasında "milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq" ittihamı ilə 3 il 6 ay və "sistemə qarşı təbliğat aparmaq" ittihamı ilə 8 ay həbs cəzasına məhkum edilib.

Məhkəmə həbs cəzasına əlavə olaraq Fərşiyə 2 il ictimai fəaliyyətlərdən məhrumiyyət və Tehran bələdiyyəsində 2 ay məcburi ağır iş hökmü vermişdi.

Əlirza Fərşi indiyədək dəfələrlə dinc fəaliyyətlərinə görə İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu ölkənin fərqli məhkəmələri tərəfindən müxtəlif cəzalara məhkum edilib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG