Accessibility links

Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyətinə bir illik xitam verilib [Audio-Müsahibə]


Fəxrəddin Mehdiyev
Fəxrəddin Mehdiyev

O, Beynəlxalq Bankın həbsdə olan sabiq sədrinin vəkilidir

Vəkil Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyəti dayandırılıb. Vəkillər Kollegiyasının Rəyasət Heyəti yanvarın 22-də bu haqda qərar çıxarıb. Qərara əsasən, Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyətinə bir illik xitam verilib. Bu barədə Mehdiyevin özü Amerikanın Səsinə müsahibəsində bildirib.

Vəkil Fəxrəddin Mehdiyevin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:05:59 0:00

Fəxrəddin Mehdiyev haqqında qərar verilən toplantıda onun özü iştirak etməyib.

Fəxrəddin Mehdiyev "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin mətbuatda dərc olunmuş müsahibəsinə görə cəzalandırılıb.

Yerli saytlarda dərc edilən müsahibədə Cahangir Hacıyev hökumətin banklara və sahibkarlığa qarşı siyasətini kəskin tənqid edib, xüsusən maliyyə naziri Samir Şərifovun ünvanına kəskin ifadələr işlədib.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında Cahangir Hacıyevin digər vəkili Aqil Layıcovun da məsələsi müzakirə olunub. Özünün iştirakı olmadan ona töhmət verilib.

Biz vəkilləri istintaq sirrini yaymaqda günahlandırırlar. Cahangir Hacıyev barəsində məhkəmə qərarı var və istintaq sirrinin yayılmasından söhbət gedə bilməz.

Fəxrəddin Mehdiyev deyib ki, həm özü, həm də həmkarı Aqil Layıcov haqqındakı qərar qanuna söykənmir.

“Biz vəkilləri istintaq sirrini yaymaqda günahlandırırlar. Cahangir Hacıyev barəsində məhkəmə qərarı var və istintaq sirrinin yayılmasından söhbət gedə bilməz. Müxtəlif KİV-lərdə Cahangir Hacıyevin milyardlarla pulları talamaqda günahlandırırdılar. Onu və ailəsini təhqir edən yazılar dərc edirdilər. Cahangir Hacıyevin həmin ittihamlara cavab vermək hüququ var və bunu edib”, vəkil qeyd edib.

Mehdiyev Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarından məhkəməyə şikayət edəcək.

Onun sözlərinə görə, Cahangir Hacıyevin müsahibəsi 2017-ci il sentyabrın 20-də mediada dərc edilib.

“Bu müsahibə dərc edildikdən sonra vəkillərini Hacıyevlə görüşə buraxmırlar”, o qeyd edib.

Bu müsahibə dərc edildikdən sonra vəkillərini Hacıyevlə görüşə buraxmırlar.

Fəxrəddin Mehdiyev və Aqil Layıc son illərdə Cahangir Hacıyevlə yanaşı, bir sıra ictimai-siyasi fəalların, o cümlədən “Müsəlman Birliyi" hərəkatının sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Əli Kərimlinin qaynı Elnur Seyidov, "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirovun vəkili olub.

Son illərdə bir neçə tanınmış vəkilin - Xalid Bağırov, Əlayif Həsənov, Müzəffər Baxışov, Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Vəkillər Fəxrəddin Mehdiyev və Aqil Layıcov Baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciəti əsasında cəzalandırılıb.

Vəkillər Kollegiyası Rəyasət Heyəti noyabrın 20-də vəkil Yalçın İmanovun bu qurumdan xaric olunması ilə bağlı məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

XS
SM
MD
LG