Accessibility links

Fidel Kastro dünyanın nüvə müharibəsi qarşısında olduğunu deyib


Bu gün Kubanın Havana universitetində çıxış edən sabiq prezident Fidel Kastro dünyanın nüvə müharibəsi qarşısında olduğunu deyib. Yaşıl rəngli hərbiçi geyimində olan cənab Kastro bildirib ki, Amerika və onun müttəfiqi İsraillə İran arasında gərginlik nüvə qarşıdurmasına gətirib çıxaracaq

Bu gün Kubanın Havana universitetində çıxış edən sabiq prezident Fidel Kastro dünyanın nüvə müharibəsi qarşısında olduğunu deyib. Yaşıl rəngli hərbiçi geyimində olan cənab Kastro bildirib ki, Amerika və onun müttəfiqi İsraillə İran arasında gərginlik nüvə qarşıdurmasına gətirib çıxaracaq. Kubanın Granma dövlət xəbər agentliyinin məlumatına görə, Fidel Kastro İkinci Dünya Müharibəsi zamanı Amerikanın nüvə silahından istifadə edən ilk ölkə olduğunu deyib. O, bu gün ABŞ-ın nüvə arsenalının daha dağıdıcı qüvvəyə malik olduğunu vurğulayıb. Kubanın sabiq lideri son vaxt ictimaiyyət arasında tez-tez görünür.

XS
SM
MD
LG