Accessibility links

Kyiv yaxınlığında və Ukraynanın digər şəhərlərində şiddətli döyüşlər gedir


Şənbə günü Ukraynanın paytaxtı Kyivin şimal-qərbində və bir neçə digər şəhərdə şiddətli döyüşlər gedir. Rusiya qoşunları paytaxtın 25 kilometr yaxınlğındadırlar.

Gecə bir neçə şəhərdə hava sirenalarının səsləri eşidilib və sakinlərə hava hücumları barədə xəbərdarlıq edilib.

Rusiyanın müdafiə nazirliyi Vasilkiv şəhəri yaxınlığında Ukraynanın hava bazasını dağıtdığını bildiirb. Yaxınlıqdakı sursat anbarının da dağıldığı deyilir.

Ukraynanın xarici işlər nazirliyi bildirir ki, Rusiya qüvvələri şənbə günü Mariupolda 80 nəfərin sığındığı məscidi bombalayıb. Məsciddə olan bəzi insanların Türkiyədən olduğu deyilir.

Şənbə günü bir neçə humanitar dəhlizin açılacağı və sakinlərin Kyiv, Sumi və digər regionlardakı zorakılıqlardan qaçacaqları gözlənilir.

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk video müraciətində deyib ki, “Mən ümid edirəm ki, bu gün yaxşı keçəcək, bütün planlaşdırılan yollar açıqlacaq və Rusiya atəşkəs rejimini təmin etməklə bağlı öhdəliklərini yerinə yetirəcək.”

Birləşmiş Ştatlar və müttəfiqlərinin Moskvaya sanksiyaları artırması fonunda Rusiya Ukraynadakı müharibəsini genişləndirərək, ölkənin qərbindəki əraziləri hədəf alır və Kyiv yaxınlığındakı qoşunlarını yenidən qruplaşdırıb.

Rusiya qüvvələrinin qabaqcıl ünsürləri hələ də, Kyiv mərkəzinin 15 kilometr yaxınlığında olsa da, Rusiyanın dəstək ünsürləri şəhərə doğru yaxınlaşır, rəsmi deyib.

“Biz rusların qurudan Kyivə doğru, xüsusilə də şərqdən irəliləyiş əldə etməyə başladığını görürük,” Pentaqonun mətbuat katibi Con Kirbi cümə günü müxbirlərə deyib.

ABŞ-ın yüksək səviyyəli müdafiə rəsmisi deyib ki, Ukrayna qüvvələri Rusiya qüvvələrinin planlarını alt-üst edən “uyğunlaşa bilən və çevik” müdafiə taktikasını yürütməyə davam edirlər.

Rəsmi həmçinin müxbirlərə deyib ki, ABŞ Rusiya qüvvələrinin, xüsusilə də Rusiyanın hava qüvvələrinin ümumilikdə “riskdən yayındığını” görürlər, eyni zamanda isə təcrübəsizliklərini nümayiş edirlər.

“Bu, böyük ekspedisiya qabiliyyətinə və təcrübəsinə malik olan bir ordu deyil,” rəsmi deyib.

Ancaq rəsmi həmçinin xəbərdarlıq edib ki, Rusiya qüvvələrinin ilkin yanlışlarından dərs çıxardıqlarına dair işarələr var.

Digər böyük şəhərlər, o cümlədən Mariupol və Çernihiv də getdikdə daha çox təcrid olunur.

Cənubda yerləşən liman şəhəri Mariupolda “ağır bombardmanın olduğunu görürük,” müdafiə rəsmisi deyib.

Mariupoldakı Ukrayna rəsmiləri cümə günü Rusiya şəhərə hücuma başlayancan bəri 1500-dən çox insanın öldüyünü bildirib. Bu rəqəmi müstəqil şəkildə təsdiq etmək mümkün deyil.

Ukrainian officials in Mariupol said Friday more than 1,500 people have been killed since Russia began its assault on the city. It is not possible to independently confirm the figure.

Cümə günü Ukrayna Prezidenti Volodimir Zelenski video çıxışında təfərrüat vermədən ordusunun “strateji dönüş nöqtəsinə” çatdığını deyib.

“Torpaqlarımızı azad etmək üçün daha neçə günə ehtiyacımızın olacağını demək qeyri-mümkündür, amma bizim bunu edəcəyimizi demək mümkündür, çünki…biz strateji dönüş nöqtəsinə çatmışıq,” Zelenski deyib.

Zelenski cümə günü başqa bir videosunda Rusiyanı ələ keçirdikləri Melitopol şəhərinin merini qaçırmaqda ittiham edib. O deyib ki, Rusiya qüvvələri “yeni terror mərhələsinə daxil olublar və Ukraynanın qanuni yerli hakimiyyət orqanlarının nümayəndələrini fiziki olaraq aradan qaldırmağa çalışırlar.”

Sanksiyalar

Birləşmiş Ştatlar cümə günü Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib və onlarla bir sıra oliqarxlar və elitaları, o cümlədən Kremlin sözçüsü Dmitri Peskovun ailəsini hədəf alıb, həmçinin Rusiyadan yemək, spirtli içki və brilliantların idxalına qadağa qoyub.

Bu addım ABŞ, Avropa İttifaqı və aparıcı sənayeləşmiş ölkələrdən ibarət Böyük Yeddilər qrupu Ukraynaya hərbi müdaxilə səbəbilə Rusiya ilə normal ticarət əlaqələrini dayandırdığını bildirməsindən sonraya təsadüf edib.

Rusiyanın “ən çox bəyənilən ölkə” ticarət statusu ABŞ və müttəfiqlərinə bir çox Rusiya mallarına tətbiq olunan tarifləri artırmaq prosesinə başlamaq və bununla da Rusiya iqtisadiyyatını daha da zəiflətmək imkanı verir. Beynəlxalq Valyuta Fondu Rusiya iqtisadiyyatının bu il “dərin tənəzzülə” uğrayacağını təxmin edir.

hər bir ölkə Rusiyanın ticarət statusunu öz ölkəsindəki prosedurlara müvafiq olaraq dəyişdirməlidir. ABŞ-da bunun üçün Konqresin təşəbbüsünə ehtiyac var ki, həm Demokrat həm də Respublikaçı qanunvericilər buna dəstəklərini ifadə ediblər.

Avropa İttifaqı da cümə günü Rusiyaya əlavə sanksiyalar tətbiq edib, o cümlədən Rusiyadan dəmir və polad məhsullarının idxalını, Rusiyaya lüks mallarının ixracını qadaöan edib.

ABŞ və digər müttəfiqlər daha öncə də Rusiya Prezidenti Vladimir Putini Ukraynaya qarşı müharibəyə son qoymağa təzyiq göstərmək üçün bir sıra misli görülməmiş sanksiyalar və ixrac və bank məhdudiyyətləri tətbiq ediblər.

Diplomatiya

Ağ Ev bildirib ki, Prezident Bayden cümə günü ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb və onu "Birləşmiş Ştatların bu gün Böyük Yeddilər və Avropa İttifaqı ilə koordinasiyalı bir şəkildə Rusiyanın ödəyəcəyi bədəlları daha da artımaq məqsədilə atdığı addımlar barədə məlumatlandırıb.” Bayden həmçinin “Birləşmiş Ştatların Ukraynaya təhlükəsizlik, humanitar və iqtisadi yardımı davam etdirdiyini” qeyd edib.

ABŞ-ın Vitse-prezidenti Kamala Harris Rumıniyaya səfəri zamanı deyib ki, Putin münaqişəyə diplomatik həll yolu tapmaq niyyəti sərgiləmir.Bundan bir gün öncə isə Vaşinqton Moskvaya, bəzi müşahidəçilərin sözlərinə görə, Rusiya qüvvələrinin Ukraynada müharibə cinayətləri ilə bağlı xəbərdarlıq edib.

Putin cümə günü Harrisin iddialarını rədd edib və təfərrüat paylaşmadan deyib ki, Ukrayna ilə danışıqlarda irəliləyişlər olub və danışıqlar “artıq, demək olar, hər gün aparılır.”

Harris regionda pisləşən qaçqın böhranını müzakirə etmək üçün şərqi Avropaya üç günlük səfəri çərçivəsində Buxarestdə Rumıniya Prezidenti Klaus İohannis və digər rəsmilərlə görüşüb.

Müharibə cinayətləri iddiaları

Vitse-prezident Harris bu həftənin əvvəli Polşada ikən deyib ki, o, Birləşmiş Millətlər Təşkilatının Rusiyanın Ukraynaya hərbi müdaxiləsi çərçivəsində “hüquq pozuntuları və müvafiq cinayətlərlə” bağlı təhqiqatını dəstəkləyir.

“Əlbəttə ki, təhqiqat olmalıdır və biz hamımız onu izləməliyik,” Harris Varşavada Polşanın Prezidenti Andrzej Duda ilə görüşündən öncə söyləyib.

Harrisin sözləri, Ukrayna rəsmilərinin dediyinə görə, Rusiyanın Ukraynanın Mariupol şəhərində içində doğum evinin olduğu uşaq xəstəxanasına hava hücumu nəticəsində, biri uşaq olmaqla, azı üç nəfərin ölümü ilə nəticələnməsindən bir gün sonraya təsadüf edib.

Rusiya hərbi müdaxiləsi çərçivəsində mülki vətəndaşları hədəf aldığını inkar edib.

Dövlət Departamentinin sözçüsü cümə günü bildirib ki, müharibə cinayətlərinin olub-olmadığını müəyyən etmək çətindir, çünki niyyyəti müəyyən etmək də çətindir.

O əlavə edib ki, ABŞ və digər ölkələr Rusiyanın əməllərini sənədləşdirib, təhqiq etmək prosesindədirlər.

Security Council meeting0

U.N. High Representative for Disarmament Affairs Izumi Nakamitsu said at an emergency Security Council meeting Friday that the U.N. was "not aware" of biological or chemical weapons being developed in Ukraine with help from the U.S., as alleged by Russia without evidence.

BMT-nin Silahsızlanma Məsələləri üzrə Ali Nümayəndəsi İzumi Nakamitsu cümə günü Təhlükəsizlik Şurasının fövqəladə iclasında deyib ki, BMT Rusiyanın heç bir dəlil olmadan iddia etdiyi kimi, Ukraynada ABŞ-ın dəstəyi ilə kimyəvi və ya bioloji silah istehsal edildiyindən “xəbərdar” olmadığını bildirib.

ABŞ və Ukrayna Rusiyanın ittihamlarını rədd edib.

Rusiya Şuranın Suriya ilə bağlı sessiyası zamanı Rusiyanın bioloji silahlardan istifadəsini sual etməsindən sonra bu iclasın keçirilməsini tələb edib.

ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild şura üzvlərinə deyib ki, Bayden administrasiyası Ruisyanın ittihamlarına görə “dərindən narahatdır,” və bildirib ki, onlar Rusiyanın özününü Ukraynada bioloji və ya kiməyvi silahdan istifadə etməsinə zəmin yaratmaq üçün “saxta bəhanədir.”

XS
SM
MD
LG