Accessibility links

Hərbi ekspertlər deyir ki, gələcək müharibələr Ukraynadakı döyüşlərə bənzəyə bilər


Hərbi ekspertlər deyir ki, gələcək müharibələr Ukraynadakı döyüşlərə bənzəyə bilər
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Ukrayna və Rusiya Ukraynada döyüş meydanında dronlardan istifadə edirlər. ABŞ-ın hərbi ekspertlərinin fikrincə, kiçik dron orduları müasir müharibələrin adi hissəsinə çevrilə bilər. Ancaq ölümcül avtonom silah sistemlərinin qlobal inkişafı bəzi narahatlıqlara səbəb olur.

Avqustda Pentaqon Çin ordusu ilə daha yaxşı rəqabət aparmaq üçün “Replicator” adlı yeni dron təşəbbüsünü elan edib. Müdafiə Departamenti bildirir ki, çoxlu sayda kiçik dronların yerləşdirilməsindən asılı olan proqram ABŞ-ın milli təhlükəsizliyində “oyunu dəyişdirən bir dəyişiklikdir”.

"Kiçik dronlar dəqiq idarə olunan döyüş sursatlarının demokratikləşməsi deməkdir. Belə ki, indi dünyada bir neçə min dollara sahib olan hər kəs son dərəcə güclü və dəqiq silahlar yarada bilər ki, əvvəllər yalnız güclü dövlətlərin onlara çıxışı var idi. Buna görə də məncə, biz onları döyüş meydanında görməyə davam edəcəyik”, Hava Müharibəsi Kollecindən polkovnik Mark Yakobsen deyir.

ABŞ polkovniki və ABŞ Hərbi Hava Qüvvələrinin Hava Müharibəsi Kollecində strategiya və təhlükəsizlik tədqiqatları üzrə dosent Mark Yakobsen Amerikanın Səsinə bildirib ki, Ukraynadakı müharibədə hava dronlarından misli görünməmiş səviyyədə istifadə olunur. O deyir ki, ukraynalılar hər ay 5-10 min arası drondan istifadə edir və hər il orta hesabla 10 min dron operatoruna təlim keçir.

Ukrayna döyüş meydanlarında istifadə olunan dronların bəziləri avtonom bacarıqlara malikdir və onlar insan müdaxiləsi olmadan hədəfləri müəyyən edə, izləyə və hücum edə bilən Süni İntellektin olduğu döyüş sursatları ilə təchiz edilib. Yakobsen deyir ki, avtonomiya texnikanın öldürmək qərarı verməsi ilə bağlı bəzi etik narahatlıqlar doğurur.

“Mürəkkəb (Elektron Müharibə) mühiti səbəbilə, məlumatlar arasında əlaqələri saxlamaq çox çətindir. Getdikcə avtonomiyanın olması üçün daha çox təzyiq var, yoxsa dronlar özləri uçub, bəzi qərarları qəbul edə bilər. Bu, da çox tez etik narahatlıqlara səbəb olur,” o deyir.

Kornell Universitetinin Bruks Texniki Siyasət İnstitutunun icraçı direktoru Ceyms Rocers deyir ki, dronlar artıq bu qərarları verir.

“Hədəf əvvəlcədən təyin edilmiş alqoritmlə müəyyən edildikdən sonra, bu silahlar insan nəzarəti olmadan insanın yaşayıb-yaşamayacağına dair seçim edə bilər. Ona görə də, gələcəklə bağlı plan qurmaq vacibdir, ancaq həmin gələcyin indi olduğunu bilmək də mühümdür,” o bildirir.

Pentaqonun bildirdiyinə görə, dronların hazırda belə imkanları olsa belə, ABŞ ordusu hər hansı gücdən istifadə olunmadan öncə hər zaman “müvafiq insan mühakiməsi”ndən istifadə edəcək. Ancaq onlar deyir ki, döyüş edən başqa ölkələrin də eyni şeyi edəcəklərinə etibar etmək olmaz.

Forum

XS
SM
MD
LG