Accessibility links

Fil Dişi Sahilində siyasi böhran davam edir


Fil Dişi Sahilində siyasi böhran davam edir
Fil Dişi Sahilində siyasi böhran davam edir

İki rəqib prezidentin bir-birinə qarşı təyin etdikləri möhlətə məhəl qoymaması ilə Fil Dişi Sahilində siyasi qarşıdurma davam edir. Hakimiyyətdə olan prezident Lorent Qbaqoya loyal gənclər qrupunun lideri rəqib prezident Alassane Outtaraya Abicanı tərk etmək üçün şənbə gününədək möhlət verib. Həmin şəxs Qbaqonun tərəfdarlarını cənab Outtaranın qaldığı otelə hücum etməyə çağırıb. Lakin otel qarşısında heç bir Qbaqo tərəfdarı görünməyib və cənab Outtara orada qalmaqdadır. Bundan bir az öncə cənab Qbaqo cənab Outtaranın baş naziri Giyyam Soronun cümə günü gecə yarısınadək hakimiyyətdən getmək barədə xəbərdarlığına məhəl qoymamışdı. Televiziya ilə xalqa müraciətində cənab Qbaqo hakimiyyətdən getməyəcəyini elan etmiş və dünya liderlərini ona qarşı dövlət çevrilişi həyata keçirməkdə ittiham etmişdir.

XS
SM
MD
LG