Accessibility links

Dini məbədlərə aid fillərin cavanlaşdırma düşərgəsi [Video]


Dini məbədlərə aid fillərin cavanlaşdırma düşərgəsi
please wait

No media source currently available

0:00 0:01:01 0:00

Dini məbədlərə aid fillərin cavanlaşdırma düşərgəsi

Xanımlar və cənablar, xüsusi qonaqlarımız artıq burdadır.

Xahiş edirəm, əyləşin və fillər üçün hazırlanmış ziyafətin zövqünü çıxardın.

Tamil Nadu ərazisində yerləşən dövlət meşə departamenti bu il təşkil etdiyi düşərgənin bağlanış mərasiminə dini şou hazırlayıb.

Gördüyünüz bu 33 nəhəng filin əksəriyyəti dini məbədlərə məxsusdur. Amma onlara hər il bir dəfə dövlət tərəfindən VİP xidmət göstərilir.

“Fillər təbiət heyvanıdır və onlar meşədə olmağı sevir. Filləri təbii mühitin olduğu yerə gətirəndə və onlar digər heyvanlarla birlikdə olanda cavanlaşırlar. İkinci əsas məsələ isə qidadır. Düşərgədə onların yaxşı yeməsinə diqqət edirik.” - deyə fil baxıcısı bildirib.

Tamil Naduda yerləşən onillik cavanlaşma düşərgəsi yanvar aının əvvəlindən başlayaraq fevralın 20-sinə qədər davam edir. Odur ki, filləri görüb, onların əyləncəsinə şahid olmaq istəyən insanlar üçün kifayət qədər vaxt var.

XS
SM
MD
LG