Accessibility links

Avqustun 12-si Dünya Fil Günüdür


Avqust ayının 12-si Dünya Fil Günüdür Təxminlərə görə, Afrikada cəmi 500 min fil qalır. Bu göstərici 1980-ci illərdə 1.2 milyon təşkil edirdi.

Afrikanın Vəhşi Həyat Fondundan Beatris Karanjanın dediyinə görə, Dünya Fil Günü bu heyvanların qorunması mahiyyəti daşıyır. O, ötən il Afrikada 35 min filin öldürüldüyünü bildirir. Bu trayektoriya davam etdirilsə 2025-ci ilədək vəhşi fillərin kökü kəsiləcək.

Karanja fillərin məhvinə dair xəbərdarlığın vətəni Keniyadan başlamalı olduğunu deyir.

“Keniyada insanlar nə qədər filin məhv edildiyini, onların kökünün kəsilə biləcəyindən xəbərdar deyil. Ona görə də biz Afrikanın digər ölkələrindəki bacı və qardaşlarımıza müraciət edirik. Siyasətləi və qanunlaıda kəskin dəyişikliklər edilməsini və filllərin itirilməsinə yol verilməməsini istəyirik.”

Fillər xüsusilə Asiyada sümüklərinə görə məhv edilir. Bundan ənənəvi təbabətdə və status rəmsi kimi istifadə edilir.

Siyasətləi və qanunlaıda kəskin dəyişikliklər edilməsini və filllərin itirilməsinə yol verilməməsini istəyirik

​Beatris Karanjanın dediyinə görə, brakonyerlik hərbiləşdirilib. Fil ovçuları təkmilləşdirilmiş silahlardan istifadə edir. O, daha güclü siyasət və qanunların tətbiqinə ehtiyac duyulduğunu deyir.

Zambiyada brakonyerliyə mane olunması üçün xüsusi patrul təyin edilib. Hazırda Zambezi milli parkında 2200 fil yaşayır.

Bu yaxınlarda ABŞ prezidenti Barak Obama brakonyerliklə mübarizəyə 10 milyon dollar vəsait ayırıb. Bu vəsait Amerikanın təbiətin qorunmasına dair strategiyasının bir hissəsi olaraq Afrika ölkələrinə verilir.

ABŞ-ın Nyu-York və Nyu-Cersi ştatlarında da fil sümüyündən düzələn əşyaların satışı qadağan edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG