Accessibility links

Filip Qordon Azərbaycanın işğal olunmuş əraziləri üzərindən uçuşlarla bağlı mövqeyini konstruktiv adlandırır (VİDEO)


Filip Qordon Azərbaycanın işğal olunmuş əraziləri üzərindən uçuşlarla bağlı mövqeyini konstruktiv adlandırır (VİDEO)
Filip Qordon Azərbaycanın işğal olunmuş əraziləri üzərindən uçuşlarla bağlı mövqeyini konstruktiv adlandırır (VİDEO)

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Filip Qordon Dövlət katibi Klintonun NATO –da görüşləri ilə bağlı birinfiq zamanı Azərbaycanın işğal olunmuş əraziləri üzərindən mülki uçuşlara dair Ermənistan televiziyasının müxbirinin sualını cavablandırıb.

“Biz bu kimi təhdidləri eşitmişik və mövqeyimizi tez və aydın şəkildə bildirmişik ki, mülki təyyarənin orada, ya da hər hansı bir başqa kontekstdə vurulması ilə bağlı hədələr qəbulolunmazdlr və edilməməlidir. O vaxtdan, biz də, Minsk qrupunun həmsədrləri də Azərbaycanın bunu etmək niyyəti olmadığını müşahidə etmişik. Bu da məsələ ilə bağlı yeganə konstruktiv yoldur”-deyə Filip Qordon bildirib.

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bundan öncə Birləşmiş Ştatların işğal olunmuş ərazilər üzərindən uçuşlarla bağlı Azərbaycanın mövqeyindən razı olduğunu bildirib. Səfir Brayza ABŞ-ın bütün problemlərin danışıqlar yolu ilə həlli tərəfdarı olduğunu bəyan edib.

Ermənistan tərəfi may ayında Xankəndidə aeroport açmağı planlaşdırır. Azərbaycan Ermənistanın işğal etdiyi ərazilər üzərindən mülki uçuşlar üçün təhlükənin, habelə hərbi münaqişə zonası və Azərbaycan hakimiyyətinin nəzarətindən müvəqqəti kənarda olan zonada təxribat törədilməsinin mümkünlüyünün qalmaqda olduğun Beynəlxalq Mülki Aviasiya Təşkilatı və başqa beynəlxalq təşkilatların diqqətinə çatdırıb.


  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG