Accessibility links

Filippində bərə yanıb


Sahil mühafizəçiləri çərşənbə günü gecə saatlarında Filippinin cənubunda bərədə baş verən yanğın zamanı azı 3 nəfərın öldüyünü, 100-dən çox insanın isə xilas edildiyini bildirib.

Zamboanga del Norte əyalətindəki Dapitan şəhərinin sahil sularda balıqçı qayıqları və yaxınlıqdan keçən gəmilər yanan M/V Lite bərəsindəki 36 ekipaj üzvü və 136 sərnişini xilas etməyə çalışıb.

Ölənlər arasında 1 yaşlı uşaq və 60 yaşlı bir kişi olub. Bərədəki sərnişinlərdən azı 28-i uşaq olub. Sahil mühafizə işçiləri yanğının mühərrik otağında başladığını guman edir.

Filippin arxipelaqında dəniz qəzaları təhlükəsizlik qaydalarının zəif yerinə yetirilməsi, gəmilərin pis saxlanması və həddindən artıq yükləmə səbəbindən baş verir.

1987-ci ilin dekabr ayında dünyanın ən dəhşətli dəniz qəzası baş vermişdi. Donna Paz adlı bərənın yanacaq tanker ilə toqquşması 4 mindən çox insanın ölümünə səbəb olmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG