Accessibility links

Filippin polisi maşını etirazçıların üzərinə sürüb


Filippinin paytaxtı Manilada polis maşını ABŞ səfirliyi önündə etiraz aksiyası keçirən insanların üzərinə sürüb. Nəticədə bir neçə insan xəsarət alıb.

Təxminən 1000 nəfər səfirliyin önündə toplaşaraq, ABŞ hərbi qüvvələrinin Filippində mövcudluğuna son qoyulmasını tələb edib.

Nümayişin təşkilatçılarından biri deyib ki, polisin maşını insanların üzərinə sürməsi nəticəsində xəsarət alan azı üç nümayişçi müalicə edilmək üçün xəstəxanaya aparılıb.

Onlarla nümayişçi polis zabitlərinin üzərinə qırmızı rəngli boya atdıqdan sonra həbs edilib.

Ötən həftələrdə Filippin prezidenti Rodriqo Duterte ABŞ-la əməkdaşlığın nəzərdə tutulmadığı xarici siyasət kursuna çağırışları artırıb və prezident Barak Obamanın ünvanına nalayiq ifadələr söyləyib.

XS
SM
MD
LG