Accessibility links

Fillipində baş qaldıran fırtına 16 nəfərin ölümünə səbəb olub


Filippinin məşhur Borakay adasında Milad Günü baş qaldıran fırtına 16 nəfərin ölümünə səbəb olub, çox sayda turist cümə axşamı adada ilişib qalıb.

Saatda 200 km. sürətlə hərəkət edən Fanfun fırtınası çərşənbə günü Filippinin mərkəzi ərazisindən keçərək, evlərin dam örtüklərinı qoparıb və elektrik dirəklərini yıxıb.

Fövqəladə Hallarla Mübarizə Agentliyinin rəsmilərinin verdiyi məlumata görə, Filippinin mərkəzi Visayas bölgəsindəki kənd və qəsəbələrdə azı 16 nəfər ölüb.

Fanfun fırtınası eləcə də ağ qumlu çimərlikləri ilə məşhur olan və xarici turistlər tərəfindən sevilən Borakay, Koron və digər kurort bölgələrini vurub.

Çərşənbə günü fırtına zamanı Borakayda telefonlar və internet bağlantısı kəsilib. Şəbəkələrin gücü zəif olduğu üçün cümə axşamı fırtınanın vurduğu zərərin dəyərləndirilməsi çətinləşib.

Aklanın Borakaya xidmət edən Kalibo qəsəbəsindəki hava limanına bpyük ziyan dəydiyi bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG