Accessibility links

Filippinin ordu rəsmiləri İslam Dövləti liderinin öldürüldüyünü bəyan edib


Filippinin ordu rəsmiləri İslam Dövləti qrupunun yüksək bir militantının öldürüldüyünü bəyan edib. O, hökumət qüvvələrinin Maravi şəhərinin təmizlənməsi əməliyyatlarında qətlə yetirilib.

Malayziyada doğulan Mahmud Əhməd adlı həmin şəxs öldürülən digər yaraqlılar arasında olub.

Ordu sözçüsününü bildirdiyinə görə, Əhməd girovda olan iki nəfərin məlumatına əsasən öldürülüb.

Lakin onun ölümü DNK testlərinin nəticələri elan edilməyənədək təsdiq edilməmiş sayılacaq.

Əhməd Cənub-Şərqi Asiyadakı militant qrup İsnilon Hapilonun lideri hesab edilirdi.

Onun qrup üçün maliyyə vəsaiti toplanması və yaraqlıların qrupa cəlb edilməsində fəal iştirak etdiyi bildirilir.

May ayının 23-dən bəri Filipinin təhlükəsizlik qüvvələrinin Malavinin yaraqlılardan təmizlənməsi əməliyyatlarında mindən çox insan həyatını itirib.

Əməliyyatlar İŞİD-in şəhərə hücumu, evləri yandırması və insanları girov götürməsi ilə azaldılıb. Lakin şəhərin əksər hissəsi hava zərbələri səbəbi ilə yerlə yeksan edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG