Accessibility links

Filippində 10 minə yaxın məhbus koronavirus səbəbilə azadlığa buraxılıb


Quezon şəhər həbsxanası
Quezon şəhər həbsxanası

Filippin koronavirus infeksiyasının həddindən artıq dolu həbsxanalarda yayılmasının qarşısını almaq üçün 10 minə yaxın məhbus azadlığıa buraxılıb. Bu barədə şənbə günü Ali Məhkəmənin rəsmisi xəbər verib.

Məhkəmə həbsxanalardakı basırıq problemindən xəbərdardır,” 9731 məhbusun buraxıldığını açıqlayan Ali Məhkəmə sədrinin müavini Mario Viktor Leonen müxbirlərə bildirib.

COVID-19-a yoluxma halları ölkənin ən basırıq həbsxalarında qeydə alınıb. Virusa yoluxanlar arasında həm məhbuslar, həm də həbsxana işçiləri var.

Filippinin həbsxana sistemində sosial məsafə qorumaq mümkün deyil, çünki orada hücrələr qeyri-adekvat infrastruktur və həddindən artıq yüklənən ədliyyə sistemi səbəbilə çox vaxt lazım olandan beş dəfə dolu olur.

Həbsxanalarda basırıq problemi prezident Rodriqo Dutertenin 2016-cı ildə təqiblərə başlaması və nəticədə minlərlə insanın həbs olunmasından sonra yaranıb.

Koronavirus hallarının olduğunu həbsxanalar arasında paytaxt Manilada yerləşən Quezon Şəhər Həbsxanası var. Həmin həbsxanada o qədər məhbus var ki, onlar növbə ilə pilləkanlar və açıq havadakı basketbol meydançalarında yatırlar.

İndiyədək ən çox yoluxma halları mərkəzi Sebu adasındakı iki həbsxanada baş verib. Cümə gününə olan məlumata görə, orada 8 mindən çox məhbus arasında 348 nəfər koronavirua yoluxub.

Epidemiya insan haqları qrupları tərəfindən qeyri-zorakı cinayətlər törədən habelə yaşlı və xəstə məhbusların erkən azadlığa buraxılmasına dair çağırışlara səbəb olub.

Filippində 9 minə yaxın yoluxma, 603 ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG