Filippinin hakimiyyəti tərk etməkdə olan prezidenti vətəndaşları yeni hakimiyyətə gələcək mühafizəkar prezident barədə xəbərdarlıq edərək bildirib ki, öz azadlıqlarını və demokratiyanı qoruyub saxlamağı unutmasınlar.
Ölkənin İspaniyadan azad olaraq müstəqilliyini elan etməsinin 11-ci ildönümünə dair mərasimdə çıxış edən Benigni Aquino deyib ki, yeni seçilən prezident Rodriqo Duterte 20 il hakimiyyətdə olmuş Ferdinand Markos kimi avtoritar siyasətə üstünlük verə bilər.
Aquinonun sözlərinə görə, Markos insanların azadlığını əlindən almışdı və o, xəbərdarlıq edib ki, "ayıq olmasaq bu hadisə yenidən baş verə bilər".
Duterte isə artıq hakimiyyətə gəlmimiş sərt siyasət yürüdəcəyinin siqnallarını verib. O, minlərlə cinayətkarı edam etdirəcəyini bildirməklə yanaşı, narkotik dilerlərini öldürən polis və vətəndaşlara mükafat veriləcəyini vəd edib.