Filippin qüvvələri ilə Əbu Səyyaf yaraqlıları arasında qarşıdurma olub. Nəticədə 5 əsgər və 3 yaraqlı öldürülüb. Qarşıdurma ötən həftə kilsəyə hücumdan sonra baş verib.
Prezident Rodriqo Duterte hücumdan sonra Əbu Səyyafın dağıdılmasına göstəriş verib.
Ötən bazar günü Sulu vilayətində həyata keçirilən hücum zamanı 22 adam ölüb, 100-dən çox adam yaralanıb.
Hadisə Filippində terrorizmin yeni dalğasının yarandığına dair geniş narahatlqılara səbəb olub. Polis tam hazırlıq vəziyytinə gətirilib, kilsələr, ticarət mərkəzləri və digər ictimai yerlərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Ötən çərşənbə günü Filippinin cənubunda məscidə qumbara hücumu nəticəsində iki nəfər həlak olub.
Bu, muxtar müsəlman regionunu təsdiq edən referendumdan sonra regionda dini məkanlara ikinci ölümcül hücumdur.
Polis bildirir ki, Zamboanqa şəhərində səhər tezdən baş verən bomba hücumunda dörd nəfər xəsarət alıb.